Sel və daşqın Türkiyənin Rizə bölgəsində 47 binanı dağıdıb
Ankara, 21 iyul, AZƏRTAC
Türkiyənin Rizə şəhərində baş vermiş sel və daşqınlar nəticəsində 47 bina tamamilə dağılıb, 99 binada ciddi zədə və qəza halı aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, təbii fəlakət nəticəsində 41 maşın yararsız hala düşüb. Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün bərpa işləri davam edir. Ətraf vilayətlərdən təbii fəlakət bölgəsinə 45 nəfərlik xilasedici dəstə və 150 ağır texnika yardıma gəlib.
Qeyd edək ki, iyulun 16-dan başlayan güclü yağış və fırtınalı hava şəraiti Türkiyənin Rizə bölgəsində ağır fəsadlar yaradıb. Yolların və körpülərin dağılması gediş-gəlişə böyük çətinliklər yaradıb. Məhəllələrə böyük həcmdə lil və çirkab dolub. Təbii fəlakətdə 6 nəfər ölüb, iki nəfər itkin düşüb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:56]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]