Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səməd Seyidov: Fransa bələdiyyə başçılarının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərləri birbaşa təxribatdır

Bakı, 23 oktyabr, Əsəd Məmmədov, AZƏRTAC

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Fransanın Alforvil, Valans və Sent-Etyen şəhərlərinin merlərinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərləri ilə bağlı AZƏRTAC-a açıqlama verib.

Fransada Azərbaycana qarşı qərəzli mövqe tutan xüsusi qrup fəaliyyət göstərir

Azərbaycan-Fransa münasibətlərinin ölkəmiz üçün önəmini qeyd edən Səməd Seyidov bildirib ki, iki ölkə arasındakı əlaqələr həm regionda sabitlik, həm də bölgənin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Lakin təəssüf ki, son vaxtlar Fransanın bir neçə bələdiyyə rəhbəri tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfərlər həyata keçirilib və bununla da beynəlxalq hüququn norma və prinsipləri, eləcə də Azərbaycanın qanunlarını kobud şəkildə pozulub. Fransada Azərbaycana qarşı qərəzli mövqe tutan xüsusi bir qrup fəaliyyət göstərir. Qondarma “Dağlıq Qarabağ rejimi” ilə dostluq qrupu bu istiqamətdə “böyük xidmətlər” göstərir. Xüsusilə Fransa parlamentinin sabiq üzvü Fransua Roşebluan erməni lobbisi tərəfindən maliyyələşdirilən, dəstəklənən, onun faktiki ruporuna çevrilən bir şəxsdir. O, açıq-aşkar şəkildə sifarişli, Azərbaycan-Fransa münasibətlərinə xələl gətirən fəaliyyətlə məşğuldur və onun ətrafına da bir qrup insan toplaşıb. Fransa bələdiyyə başçılarının bu səfərləri işğal və azərbaycanlıların etnik təmizlənməsi əsasında qurulan status-kvonun təşviqini həyata keçirmək baxımından birbaşa təxribatdır. Bunu başqa cür qiymətləndirmək mümkün deyil.

Fransa bələdiyyə başçılarının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərləri ölkələrimiz arasındakı münasibətlərin ruhuna ziddir

“Burada ən xoşagəlməz məqam ondan ibarətdir ki, bu bələdiyyə başçıları işğal olunmuş ərazilərə, xüsusilə Şuşaya, Laçına gedərək həmin ərazilərin qondarma rəhbərləri ilə “bəyannamələr”, “bəyanatlar” imzalayırlar. Belə sənədlərin imzalanması o deməkdir ki, Fransanın bələdiyyə başçıları Azərbaycan torpaqlarının işğalını, azərbaycanlıların əzəli, tarixi torpaqlarından etnik təmizlənmələrini qəbul edir, faktiki etnik təmizləmələri dəstəkləyirlər. Bu, öz-özlüyündə bir cinayətdir. Onu xüsusi qeyd etmək lazımdır ki, həmin yerli özünüidarəetmə orqanları Fransa və Azərbaycan arasında imzalanmış sazişlərə, sənədlərə zidd olaraq hərəkət edir, eyni zamanda, Fransanın özünün milli qanunvericiliyinə zidd və tam qanunsuz addımlar atırlar. Belə ki, Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən bir neçə ay bundan əvvəl - 2018-ci il mayın 24-də “Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi” haqqında imzalanmış təmimi təlimat bu qurumları, yəni bələdiyyələri Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələrin bağlanmasını, səfərlərin həyata keçirilməsini və birgə tədbirlərin təşkilini qəti qadağan edir. Bu, Fransanın Xarici İşlər və Avropa Məsələləri üzrə Nazirliyi ilə Daxili İşlər Nazirliyi arasında imzalanmış bir sənəddir. Yəni, bu sənədə əsasən, Fransada fəaliyyət göstərən yerli özünüidarəetmə orqanları ölkənin xarici siyasətinə zidd olan bəyanatlar, səfərlər və digər bu kimi addımlardan çəkinməlidirlər. Fransa Konstitusiyasının 73-cü maddəsinə və yerli özünüidarəetmə qurumlarının ümumi kodeksinin L.1115-1 maddəsinə uyğun olaraq, qəbul edilmiş təmimi təlimat bu kimi, hərəkətləri qadağan edir. Ancaq təəssüflər olsun ki, biz Fransa qanunlarına, beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin Azərbaycan-Fransa münasibətlərinin ruhuna zidd hərəkətlərin şahidi oluruq. Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri kimi, təəssüflə deməliyəm ki, Fransa hökuməti Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələlərinə dair bu sənədin müddəalarını dərhal yerinə yetirilməsi üçün müvafiq addımların atılması istiqamətində qətiyyət göstərmir. Hesab edirəm ki, Fransa hökuməti bu məsələ ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidir”,-deyə Səməd Seyidov vurğulayıb.

Minsk qrupunun həmsədri olan Fransa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret mövqe ortaya qoymalıdır

Milli Məclisin komitə sədri qeyd edib ki, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olduğunu nəzərə alsaq, bu ölkənin yerli özünüidarəetmə orqanları rəhbərlərinin hərəkətləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə də əngəllər yaradır, Fransanın vasitəçilik missiyasına ciddi xələl gətirir. Fransa ATƏT-in Minsk qrupunun həmsədri, həm də BMT-nin Təhlükəsizlik Şurasının üzvü olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılması ilə bağlı bəyanatlarla çıxış etməlidir. Konkret mövqe ortaya qoymalı, bu istiqamətdə işlər aparmalıdır. Təəssüflər olsun, biz bunu görmürük.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri kimi Fransanın Strasburq şəhərinə səfərlər etdiyini bildirən Səməd Seyidov deyib: “Bu gün Fransada özünü mühacir adlandıran bir qrup şəxslər var və onlar terrora, zorakılığa çağırış edən bəyanatlar səsləndirirlər, faktiki terrorun təbliği ilə məşğuldurlar. Əfsus ki, Fransa hökuməti tərəfindən bu cür hərəkətlərin də qarşısının alınması ilə bağlı qətiyyətli addımlar atılmır.

Bu yaxınlarda Ermənistanda Frankofoniya adlı sammit keçirildi. Frankofoniya humanitar təşkilatdır, onun sammiti humanitar cinayəti törədən ölkədə keçirilib. Yəni, Xocalı soyqırımını törədən, Azərbaycan torpaqlarını işğal edən, həmin ərazilərdə qondarma rejim quran ölkənin paytaxtında humanitar tədbir təşkil olunur. Bu, bizdə çox ciddi narahatçılıq doğurur”.

Belə addımlar əlaqələrimizin inkişafına kölgə salır

Fransa-Azərbaycan münasibətlərinin yalnız mədəni əlaqələri, elmi mübadilələri və bu kimi məsələləri əhatə etmədiyini diqqətə çatdıran Milli Məclisin komitə sədri Səməd Seyidov bildirib ki, bu gün iki ölkə arasında güclü iqtisadi əlaqələr də mövcuddur. Azərbaycanda Fransa şirkətlərinin fəaliyyəti üçün çox yüksək səviyyədə şərait yaradılıb. Fransa şirkətlərinin ölkəmizdə həyata keçirdikləri layihələrin ümumi dəyəri 2 milyard dollardan çoxdur. Onların arasında “Total”, “Suez”, “Thales International” kimi böyük şirkətlər də var. Bu şirkətlər Azərbaycanda fəaliyyət göstərərək pul qazanırlar. Bu nöqteyi-nəzərdən, belə addımların əlaqələrimizin inkişafına kölgə salması göz qabağındadır.

“Hesab edirəm ki, belə səfərlər və Fransa hökuməti tərəfindən bu səfərlərə lazım olan qiymətin verilməməsi iqtisadi əlaqələrimizə ciddi xələl gətirə bilər. Biz bir vətəndaş, parlament üzvləri olaraq fikirləşməliyik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyən, qondarma rejimlə qeyri-qanuni sənədlər imzalayan, faktiki cinayəti dəstəkləyən, onu tanıyan, bələdiyyələrə lazım olan qiyməti verməyən ölkənin iş adamları ilə əlaqə qurmaq lazımdırmı?

Mən istərdim, Fransa tərəfi və bizim həmkarlarımız, tərəfdaşlarımız başa düşsünlər ki, Azərbaycan sülh, inkişaf istəyir. Biz Fransa-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə inkişafını arzulayırıq. Ancaq beynəlxalq hüquq, Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qətnamələr, Avropa Şurasının, Avropa Parlamentinin, ATƏT-in sənədləri əsasında, ərazi bütövlüyümüz çərçivəsində, dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan qondarma rejimə dəstəyin verilməməsi istiqamətində aparılan işləri görmək istəyirik. Həm bələdiyyələrin, həm parlamentin, həm də hökumətin hiss olunan mövqeyini görmək istəyirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur