İDMAN
Sənan Şükürov: Bölgələrdə stronqmen idman növünə maraq böyükdür
![](/files/galleryphoto/2022/2/1200x630/1652531829452159312_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16525318294030149408_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16525318295850932554_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16525318295798336669_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1652531829290634012_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16525318291317359316_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/165253182913621706_1200x630.jpg)
Bakı, 14 may, AZƏRTAC
Bölgələrdə stronqmen idman növü inkişaf edir. Yaşadığım Qəbələ rayonunda idmanın bu növünə maraq çox böyükdür. Azərbaycan Stronqmen Federasiyasının rəhbərliyi digər şəhər və rayonlarda olduğu kimi, Qəbələdə də bu idman növü üzrə idmançıların peşəkarlığının artırılması istiqamətində mühüm işlər görür.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində stronqmen üzrə dördqat Azərbaycan çempionu, dünya çempionatının gümüş mükafatçısı Sənan Şükürov deyib.
İyunun 8-dən 13-dək Soçidə Avropa çempionatının təşkil olunacağını bildirən S.Şükürov yarışa hazırlığın yüksək səviyyədə davam etdiyini deyib: “Həftənin bazar günü milli komanda ilə gərgin məşqlərimiz olur. Hazırlıq prosesi federasiya rəhbərliyinin nəzarəti altında keçirilir. Əsas hədəfim Avropa və dünya çempionu adına sahib olmaqdır. Bu uğurla adımı Azərbaycanın idman tarixinə yazmaq istəyirəm”.
Respublikamızda stronqmen idman növünün böyük azarkeş ordusuna malik olduğunu diqqətə çatdıran S.Şükürov sonuncu Azərbaycan çempionatın yüksək səviyyədə təşkil olunduğunu deyib: “Ölkə birinciliyi beynəlxalq turnirlər səviyyəsində keçirildi. Yarış bütün bölgələri əhatə etdi, gərgin və maraqlı idman mübarizəsi şəraitində keçdi. Bütün bunlar ölkəmizdə stronqmen idman növünün inkişafından xəbər verir”.