SƏNAYEDA 40,5 FAİZ ARTIM MÜŞAHİDƏ OLUNMUŞDUR
Bu dövrdə neft hasilatında 50,4 faiz, neft emalında 10,7 faiz, kimya sənayesində 23,8 faiz, metallurgiya sənayesi və hazır metal məmulatların istehsalında 6,7 faiz, mebel sənayesində 31,3 faiz, qida məhsullarının istehsalında 4,9 faiz, maşın və avadanlıqların istehsalında 34,5 faiz artım müşahidə olunmuşdur.
Sənaye istehsalının 95 faizi malların, 5 faizi isə xidmətlərin payına düşmüşdür. Sənaye məhsulunun 25 faizi dövlət müəssisələrində, 75 faizi isə özəl bölmədə istehsal edilərək, müvafiq olaraq 4,6 və 58,6 faiz çoxalmışdır.
2006-cı ilin yanvar-uyul aylarında sənaye müəssisələrində siyahı tərkibində olan işçilərin sayı 161,5 min nəfər təşkil etməklə əvvəlki ilin müvafiq dövründəkindən 5,6 faiz çox olmuşdur. İşçilərin orta aylıq nomonal əmək haqqı 29,4 faiz artaraq 267 manata çatmışdır.
Ən yüksək orta aylıq əmək haqqı mədənçıxarma sənayesi, nəqliyyat avadanlıqlarının istehsalı, neft emalı, habelə metallurgiya, digər qeyri-metal mineral maddələrin istehsalı və kimya sənayesi müəssisələrində qeydə alınmışdır.