“Səngər Qala” istirahət mərkəzi 2012-ci ildə istifadəyə veriləcəkdir
Qax, 30 yanvar (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Qax rayonunun İlisu kəndində hələlik iaşə obyekti kimi fəaliyyət göstərən “Səngər Qala” istirahət mərkəzində turistlər üçün 45 yerlik mehmanxana binasının tikintisinə başlanılmışdır.
Tikintisinə 2009-cu ildə başlanılan bu obyekt orijinal memarlıq üslubu ilə digərlərindən seçilir. Yerli çay daşından inşa edilən, qədim tarixi abidələrimizi xatırladan hündür qala divarları ilə əhatə olunan bu mərkəzdə hələlik ikimərtəbəli restoran, kottec, əyləncə meydançası və köməkçi binalar fəaliyyət göstərir.
İnşasına yenicə başlanılan beşmərtəbəli mehmanxana binasının isə 2012-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Mərkəzdə yerli və xarici turistlərin qalması üçün hər cür şərait yaradılacaqdır.
######
![]() |
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]


