Sentyabrın 15-dən bu günədək peşə təhsili üzrə 90 teledərs çəkilib
Bakı, 18 dekabr, AZƏRTAC
COVID-19 pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar bir sıra ixtisaslar üzrə təhsil alan tələbələrin nəzəri və praktiki biliklərinin dərinləşdirilməsinə və dərs mövzularına dair qısa izah və təlimatların verilməsi məqsədilə “ARB Günəş” telekanalında peşə təhsili üzrə “Dərs vaxtı” proqramı yayımlanır.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 15-dən bu günədək peşə təhsili üzrə 90 teledərs çəkilib.
Xatırladaq ki, peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərslərə Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi “YouTube” kanalından, eyni zamanda Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) baxa bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [18:31]