SƏRBƏST GÜLƏŞÇİLƏR RUSİYADA, YUNAN–ROMA GÜLƏŞÇİLƏRİ İSƏ UKRAYNADA HAZIRLAŞIRLAR
Bakı, 29 avqust (AZƏRTAC). Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə yığma komandaları sentyabrda keçiriləcək dünya çempionatına hazırlığı davam etdirirlər.
Azərbaycan Güləş Federasiyasından bildirmişlər ki, baş məşqçi Saypulla Absaidovun rəhbərlik etdiyi sərbəst güləş üzrə yığma komandamız Rusiyanın Kislovodsk şəhərində təlim-məşq toplanışındadır.
Komandanın heyətinə Namiq Sevdimov (55 kq), Maxmud Maqomedov (55 kq), Yaşar Əliyev (55 kq), Zəlimxan Hüseynov (60 kq), Xaybulla Şaalov (60 kq), Ağahüseyn Mustafayev (60 kq), Cəbrayıl Həsənov (66 kq), Xəqan Süleymanov (66 kq), Ruslan Dibirqadjıyev (66 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Əşrəf Əliyev (74 kq), Roman Bəkirov (84 kq), Nauruz Temrezov (84 kq), Şərif Şərifov (84 kq), Aslanbek Alborov (84 kq), Xetaq Qazyumov (96 kq), Cəmaləddin Maqomedov (96 kq), Toxtar Temrezov (96 kq), Aslan Dzebisov (96 kq), Əli İsayev (120 kq), Maksim Proxorov (120 kq) və Mixail Qazzayev (120 kq) daxildir.
Yunan-Roma güləşi üzrə Azərbaycan yığması isə dünya çempionatına Ukraynanın Aluşta şəhərində hazırlaşır.
Baş məşqçi Otar Tatiaşvilinin rəhbərlik etdiyi heyətdə Rövşən Bayramov (55 kq), Taleh Məmmədov (55 kq), Vitaliy Rəhimov (60 kq), Sakit Cəlilov (60 kq), Kamran Məmmədov (60 kq), Fərid Mansurov (66 kq), Emin Əhmədov (66 kq), Rafik Hüseynov (74 kq), Elvin Mürsəliyev (74 kq), Şalva Qadabadze (84 kq), Serqo Ninua (96 kq) yer almışlar. Azərbaycan yığmasının daha bir üzvü Denis Mişin (96 kq) isə təlim-məşq toplanışını Rusiya komandası ilə birgə Soçi şəhərində keçirir.
Xatırladaq ki, qadınlardan ibarət Azərbaycan millisi isə hazırlığı Ukraynanın Zaroslyak şəhərində keçirir.
Sərbəst, yunan-Rroma və qadın güləşi üzrə dünya çempionatı sentyabrın 21-dən 27-dək Danimarkada keçiriləcəkdir.