Serbiya, Bosniya və Herseqovina mətbuatı da Ermənistanın təxribatından yazır
Belqrad, 13 iyul, AZƏRTAC
Serbiya, Bosniya və Herseqovina mətbuatı Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması barədə Azərbaycan tərəfinin yaydığı rəsmi məlumatı dərc edib.
AZƏRTAC xəbər verir ki, yazılarda Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısının alınması və ərazilərin Azərbaycan Ordusunun nəzarəti altında olması vurğulanır. Habelə bütün mənbələrdə Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun məhz Azərbaycan ərazisi olması və Ermənistan tərəfindən işğal edilməsi faktı vurğulanır.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad