DÜNYA
Serbiya ilə Bosniya və Herseqovinada şiddətli istiyə görə xəbərdarlıq elan olunub
Belqrad, 15 avqust, AZƏRTAC
Serbiya ilə Bosniya və Herseqovinada müşahidə olunan anomal istilərlə əlaqədar “qırmızı” xəbərdarlıq elan edilib.
AZƏRTAC xəbər verir ki, Serbiya Hidrometeorologiya İnstitutu 10 şəhərdə hava şəraitini “çox təhlükəli” kimi qiymətləndirib, temperaturun 40 dərəcəni ötəcəyini açıqlayıb. Şiddətli istinin həftə sonunadək davam edəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq olunub və ehtiyatlı olmaq tövsiyə edilib.
Bosniya və Herseqovinanın bir çox şəhərində də havanın temperaturunun 40 dərəcəni keçəcəyi bildirilib.
Mütəxəssislər anomal istilərin yaşlılar, xroniki xəstələr, klinik cəhətdən həssas insanlar və uşaqlar üçün təhlükə yaratdığı barədə xəbərdarlıq ediblər.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2024 [18:25]
Fransanın Avropa İttifaqındakı komissarı istefa verib
- 16.09.2024 [17:49]
Oktyabrda BƏƏ “Afrika dialoqu” forumuna ev sahibliyi edəcək
- 16.09.2024 [16:57]