Serbiya parlamentinə seçkilərdə hakim koalisiya qalib gəlib
Belqrad, 18 dekabr, AZƏRTAC
Serbiyada ötən gün keçirilən növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyası qalib gəlib.
AZƏRTAC xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiçin sədri olduğu Serb Tərəqqi Partiyasının liderliyində qurulan koalisiya ilkin qeyri-rəsmi məlumatlara görə, seçkilərdə səslərin təxminən 47 faizini toplayıb. “Aleksandar Vuçiç - Serbiya dayanmamalıdır” koalisiyası parlamentdəki 250 yerdən 129-nu tutacaq.
Aleksandar Vuçiç bununla da parlamentdə mütləq çoxluğa sahib olacaqlarını bildirib.
Parlament seçkiləri ilə yanaşı, Belqrad Şəhər Assambleyasına keçirilən yerli seçkilərdə isə hakim partiya səslərin 39 faizini toplaya bilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]