Serbiya və Kosovo liderləri taleyi məlum olmayan şəxslərlə bağlı bəyannaməni təsdiqləyiblər
Belqrad, 3 may, AZƏRTAC
Avropa İttifaqının vasitəçiliyi ilə Belqrad-Priştina dialoqu çərçivəsində Brüsseldə Serbiya Prezidenti Aleksandar Vuçiç və Kosovonun Baş naziri Albin Kurti arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelin iştirakı ilə keçirilən görüşdə Serbiya və Kosovo liderləri taleyi məlum olmayan şəxslərə dair bəyannamənin mətni üzrə razılığa gəliblər. Görüşdə taleyi məlum olmayan 1621 nəfərlə bağlı vəziyyətin aydınlaşdırılması üçün birgə səyləri nəzərdə tutan bəyannamə təsdiqlənib.
Tərəflər münasibətlərin normallaşdırılması üzrə dialoqun növbəti görüşündə detalları razılaşdırmaqla bağlı da öhdəlik götürüblər.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:11]
İqlim dəyişmələri son 40 ildə Avropa İttifaqına 822 milyard avro zərər vurub
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]