Serbiyada parlament seçkiləri dekabrın 17-də keçirilə bilər
Belqrad, 28 sentyabr, AZƏRTAC
Serbiyada növbədənkənar parlament seçkiləri dekabrın 17-də keçirilə bilər.
AZƏRTAC xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
A.Vuçiç dekabrın 17-də növbədənkənar parlament seçkilərini keçirməyə hazır olduqlarını bildirib, lakin seçkilərin dekabrın 23-də və ya başqa tarixdə keçirilmə ehtimalını da istisna etməyib. O, Serbiya-Kosovo dialoqu prosesində ABŞ-ın Avropa İttifaqından daha uğurlu danışıqlar aparacağını vurğulayıb.
Kosovo serblərini sülh yolu ilə hərəkət etməyə çağıran A.Vuçiç beynəlxalq ictimaiyyətin ölkəsinə qarşı təzyiqləri dayandırmasını istəyib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:07]
Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib
- 01.10.2026 [20:35]
Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək
- 01.10.2026 [20:15]
Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib
- 01.10.2026 [20:04]