Serbiyada “Türk dünyası musiqisi” adlı bədii tədbir təşkil edilib VİDEO
Belqrad, 20 dekabr, AZƏRTAC
Serbiyanın Kuraqujevaç şəhərində TÜRKSOY-un təşkilatçılığı ilə “Türk dünyası musiqisi” adlı bədii tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Yunus Əmrə İnstitutunun yaradılmasının 10 illiyi münasibətilə təşkil olunmuş konsertin məqsədi türk dünyasının folklor incilərini serb xalqına tanıtmaq olub.
Konsertdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan ifaçılar türk coğrafiyasının ən gözəl əsərlərini səsləndiriblər. Tamaşaçılar digər türk xalqları ilə yanaşı, Azərbaycan milli rəqslərini də izləyiblər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad