SERGEY BEZUQLIY - MAKSIM PROKOPENKO DUETİ DÜNYA ÇEMPİONATININ FİNALINDA
Bakı, 14 avqust (AZƏRTAC). Kanadanın Dartmut şəhərində keçirilən kayak və kanoe qayıqlarında avarçəkmə üzrə kişi və qadınlar arasında dünya çempionatı Azərbaycan təmsilçiləri üçün uğurla başlamışdır.
Azərbaycan Milli Avarçəkmə Federasiyasından bildirmişlər ki, ikinəfərlik kanoe qayığında çıxış edən Sergey Bezuqlıy - Maksim Prokopenko dueti həm 1000 metr, həm də 500 metr məsafələrə yürüşün əsas finalına vəsiqə qazanmışdır.
İdmançılarımız 500 metr məsafəni 1 dəqiqə 48 saniyə 292 mikrosaniyəyə qət edərək, 1-ci yeri tutmuşlar. 1000 metr məsafədə isə kanoeçi cütlüyümüz ikinci olmuşdur. 1000 metr məsafəyə final yürüşü avqustun 15-də, 500 metr məsafəyə final yürüşü avqustun 16-da olacaqdır.
Birnəfərlik kanoe qayığında çıxış edən Valentin Demyanenko seçmə mərhələdə 500 metr məsafəni 2 dəqiqə 3 saniyə 751 mikrosaniyəyə qət edərək, öz yarımqrupunda 4-cü yeri tutmuşdur. Bu nəticə kanoeçimizin yarımfinal mərhələsinə yüksəlməsinə imkan vermişdir.
1 - 3-cü pillələrin sahibləri A finalına, 4 - 6-cı yerləri tutanlar isə B finalına vəsiqə qazanacaqlar.
Avqustun 15-də Demyanenko 200 metr məsafəyə yürüşün seçmə mərhələsinə qatılacaqdır. Bu yarışmada isə 1-ci yeri tutan idmançı birbaşa finala, 2 - 7-ci pillələrin sahibləri isə yarımfinal mərhələsinə çıxacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]