Sergey Lebedev MDB Parlament Assambleyasının plenar iclasında iştirak edəcək
Minsk, 17 may, AZƏRTAC
MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedev Birliyin iştirakçı ölkələrinin mayın 20-də Sankt-Peterburqda keçiriləcək Parlament Assambleyasının 44-cü plenar iclasında iştirak edəcək.
Bu məlumat AZƏRTAC-a İcraiyyə Komitəsinin Minskdəki mətbuat xidmətindən verilib.
İclasda kosmik məkanın dinc məqsədlə tədqiqi və ondan istifadə edilməsi sahəsində əməkdaşlıq haqqında MDB Konvensiyasının layihəsi, “Bioenergetikanın inkişafının əsasları haqqında”, “Ekoloji ekspertiza haqqında”, “Kənd təsərrüfatı məhsullarının ixracı sahəsində GMO-nun yayılması və ondan istifadə edilməsi haqqında”, “Bioloji müxtəlifliyin qorunub saxlanması, davamlı istifadəsi və bərpası haqqında”, “Maarifçilik fəaliyyəti haqqında” model qanunlar müzakirə ediləcək.
İclasın proqramında MDB iştirakçı dövlətlərin parlament nümayəndələri rəhbərlərinin, tərəfdaş təşkilatların nümayəndə heyətləri başçılarının çıxışı planlaşdırılır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk