Şərqşünas alim Permdə XI Müsəlman Dünyası Forumunda məruzə edib
Bakı, 15 dekabr, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev Rusiyanın Perm şəhərində keçirilən XI Müsəlman Dünyası Forumunda iştirak edir. Forum Perm Qubernatorluğu və Perm Müsəlman Ruhani İdarəsinin təşkilatçılığı ilə reallaşıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, forumda Elnur Mustafayev “Qloballaşma dövründə dinlərarası dialoqun əhəmiyyəti və perspektivləri” mövzusunda məruzə edib.
Dekabrın 17-dək davam edəcək forumda Rusiyada yaşayan müxtəlif müsəlman xalqların və müxtəlif dinlərin nümayəndələri, eləcə də xarici qonaqlar iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:30]
Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”
- 07.10.2026 [11:41]
Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək
- 07.10.2026 [11:11]