Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şərur rayonunun Axura kəndində müasir infrastruktur yaradılıb

Şərur, 17 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının digər yaşayış məntəqələrində olduğu kimi, Şərur rayonunda da quruculuq işlərinin əsasını sosial infrastrukturun müasirləşdirilməsi təşkil edir. Rayon mərkəzində və kəndlərdə istifadəyə verilən təhsil və səhiyyə müəssisələri, xidmət sahələri əhalinin rahat yaşayışına hesablanıb.

Bütün bunları rayonun dağ və sərhəd yaşayış məntəqəsi olan Axura kəndinin timsalında da görmək mümkündür. Dəniz səviyyəsindən 1300 metr yüksəklikdə yerləşən bu yaşayış məntəqəsi aparılan quruculuq işlərindən sonra müasir görkəmə qovuşub.

Axura kənd tam orta məktəbinin yeni

binası istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 17-də Axura kənd tam orta məktəbinin yeni binasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məktəbin direktoru Asəf Məmmədov çıxış edərək deyib ki, bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərində də müasir məktəb binaları tikilərək istifadəyə verilir. Bütün bunlar ölkəmizdə həyata keçirilən uğurlu təhsil islahatlarının bəhrəsidir. Axura kənd tam orta məktəbinə də bu qayğıdan pay düşüb, müasir məktəb binası tikilib. Yaradılan şərait gələcəyimiz olan gənclərin yaxşı təhsil almasına, bilikli və vətənpərvər vətəndaş kimi yetişməsinə imkan verəcəkdir.

Asəf Məmmədov bundan sonra da şagirdlərin təlim-tərbiyəsi istiqamətində səylə çalışacaqlarına, göstərilən etimadı əməli işləri ilə doğruldacaqlarına söz verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Axura kənd tam orta məktəbinin binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin “Təhsil Azərbaycanın gələcəyini təmin edən bir sistemdir” fikrini xatırladaraq deyib: Müstəqil Azərbaycanın gələcəyinin etibarlı və möhkəm olması üçün təhsil inkişaf etdirilməli, təkmilləşdirilməlidir. Bu tədbirləri həyata keçirmək üçün ilk növbədə müasir təhsil infrastrukturu yaradılmalıdır. Məktəblər müasir tədrisin tələblərinə uyğun avadanlıqlarla təmin olunmalı, müəllim-şagird münasibətləri tələbkarlıq və çalışqanlıq prinsipləri üzərində qurulmalıdır.

Ali Məclisin Sədri deyib: Bu gün ölkəmizdə təhsilə göstərilən qayğı, bu sahədə həyata keçirilən islahatlar nümunə gücündədir. Şəhər və rayon mərkəzləri ilə yanaşı, ən ucqar dağ kəndlərində də müasir məktəb binalarının tikilməsi bunu bir daha təsdiq edir. Məktəb binalarının müasir səviyyədə qurulması müstəqil dövlətimizin qarşıya qoyduğu başlıca tələblərdəndir. Bu məqsədlə ölkəmizdə müvafiq dövlət proqramları həyata keçirilir. Görülən bu işlər bir tərəfdən gənclərin hərtərəfli təhsil almasına xidmət edirsə, digər tərəfdən onların xarici ölkələrdə təhsillərini davam etdirməsi, dünya təhsil sisteminə inteqrasiya baxımından da mühüm əhəmiyyət daşıyır. Ona görə də məktəblərdə şagirdlərə informasiya texnologiyalarının əsasları dərindən öyrədilməli, xarici dillərin tədrisi diqqət mərkəzində saxlanılmalıdır.

Qeyd olunub ki, Axura kənd tam orta məktəbində lazımi şərait yaradılıb. Məktəbdə zəngin fonda malik kitabxana, internetə çıxışı olan kompyuterlər, laboratoriyalar, gənclərin sağlam böyüməsi üçün idman zalı və digər tədris avadanlıqları vardır. Bu da şagirdlərin təhsilli və sağlam böyüməsinə imkan verəcəkdir.

Ali Məclisin Sədri deyib: Hər bir millətin tərəqqisi təhsildən, təhsilin tərəqqisi isə pedaqoji kollektivlərin fəaliyyətindən asılıdır. Təhsil sahəsində qazanılan nailiyyətlər, ilk növbədə müəllimlərin işə məsuliyyətlə yanaşması nəticəsində mümkün olur. Axura kənd tam orta məktəbində də müəllim tələbkarlığının və şagird çalışqanlığının tələb olunan səviyyədə olması uğurlu nailiyyətlərin qazanılmasına şərait yaradıb.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkürünü bildirib, onlara gələcək təhsildə uğurlar arzulayıb.

Üç mərtəbədən ibarət məktəb binası 234 şagird yerlikdir. Sinif otaqları və ayrı-ayrı fənn kabinələri lazımi tədris avadanlıqları ilə təchiz olunub. Məktəbdə kompyuter otağı, 3 elektron lövhəli sinif, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat və müəllimlər otaqları, kitabxana və idman zalı vardır.

Məktəbdə kitabxananın fəaliyyət göstərməsi ayrı-ayrı fənlər üzrə biliklərin möhkəmləndirilməsi ilə yanaşı, şagirdlərin dünyagörüşünün artmasına, mütaliə vərdişlərinin formalaşdırılmasına da kömək edəcəkdir. Hazırda kitabxananın fondunda 1700-dən çox dərslik və 2000-dən çox bədii ədəbiyyat vardır.

Ali Məclisin Sədri ayrı-ayrı sinif otaqlarında olub, məktəbdə tədrisin təşkili ilə maraqlanıb.

Axura kənd tam orta məktəbində 20 kompyuter dəsti quraşdırılıb, onların hər biri internetə qoşulub. Elektron lövhəli siniflər isə məktəbdə distant təhsilin tətbiqinə şərait yaradır. Baxış zamanı 95 ümumtəhsil məktəbi ilə Naxçıvan Dövlət Xalça Muzeyi arasında videobağlantı vasitəsilə “Naxçıvan qrupuna daxil olan xalçalar” mövzusunda dərs tədris olunub.

Məktəbin kimya-biologiya və fizika laboratoriyalarının hər biri müasir tədris vasitələri ilə təmin edilib, dərslərə uyğun təcrübi məşğələlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.

Ali Məclisin Sədrinə məktəbin nailiyyətləri haqqında məlumat verilib. Qeyd olunub ki, təhsilə göstərilən diqqət və qayğı bu məktəbin də uğurlarının ilbəil artmasına səbəb olub. Ötən tədris ilində məktəbi bitirən 10 məzundan 6-sı tələbə adını qazanıb, onlardan 2-si 500-700 intervalında bal toplayıb. Həmçinin şagirdlərdən biri 9-cu sinif bazasından orta ixtisas məktəbinə, 1-i isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub.

Təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biri də bədən tərbiyəsi və idman dərslərini düzgün təşkil etməklə şagirdlərin fiziki sağlamlığını qorumaqdır. Bu məqsədlə Axura kənd tam orta məktəbində geniş idman zalı yaradılıb, həyətdə açıq idman qurğuları quraşdırılıb.

Müəllimlərlə görüşən Ali Məclisin Sədri deyib ki, müasir məktəb binasının istifadəyə verilməsi pedaqoji kollektiv qarşısında mühüm vəzifələr qoyur. Məktəbdə tədrisin müasir metodlarla qurulması təmin edilməli, tələbkarlıq artırılmalı, müəllimlər öz hazırlıq səviyyələrini daim yüksəltməlidirlər. Xalqın gələcəyi təhsilli və vətənpərvər gənclərdən asılıdır. Bu gəncliyin hazırlanması isə müəllimlərin üzərinə düşən vəzifələrdir. Ona görə də kollektiv məktəbdə tədrisin səviyyəsinin yüksəldilməsini bundan sonra da diqqət mərkəzində saxlamalı, nailiyyətlər artırılmalı, gələcəyimizin təminatçısı olan gənclər yetişdirilməlidir.

Müəllim Zəhra Novruzova dağ və sərhəd kəndi olan Axurada təhsilin inkişafına göstərilən qayğını, müasir məktəb binasının istifadəyə verilməsini dövlətimizin və xalqımızın gələcəyinə hesablanmış tədbirlərin tərkib hissəsi kimi dəyərləndirib, yaradılan şəraitə əməli işləri ilə cavab verəcəklərini bildirib.

Məktəbin həyətində də abadlıq işləri görülüb, ağac və gül kolları əkilib.

Kənddə yeni Xidmət mərkəzi

fəaliyyətə başlayıb


Axura kəndində müasir xidmət mərkəzinin yaradılması sakinlərin məişət şəraitinin yaxşılaşdırılmasına imkan verəcəkdir.

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzinin açılışını edib, yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, Axura kənd xidmət mərkəzinin fəaliyyətə başlaması ilə 5 nəfər işlə təmin olunub. Burada ərzaq və sənaye malları mağazaları, eləcə də ət satışı yeri fəaliyyət göstərir. Həmçinin mərkəzdə bərbərxana və qadın gözəllik salonu da istifadəyə verilib.

Mərkəzlə tanışlıqdan sonra kənd sakinləri ilə görüş olub.

Ali Məclisin Sədri Axura kəndinin muxtar respublikanın abad yaşayış məntəqələri sırasına qoşulması münasibətilə sakinləri təbrik edərək deyib: Axura kəndi sərhəd yaşayış məntəqəsidir. Bu kəndin zəhmətkeş insanları vardır. Kənddə fərdi təsərrüfatlar inkişaf etdirilir. Aparılan quruculuq işləri sakinlərin kənddə rahat yaşamasına, onların problemlərinin vaxtlı-vaxtında həll olunmasına imkan verəcəkdir. Kənddə dövlət qurumlarının, xidmət təşkilatlarının fəaliyyəti yaxşılaşdırılıb, mənzillər telefonlaşdırılıb, elektrik enerjisi, təbii qazla tam təmin olunub. Bütün bunlara dövlətimizin iqtisadi inkişafı və sabitlik nəticəsində nail olunub. Sakinlər də yaradılan şəraitdən səmərəli istifadə etməli, kəndin inkişafına çalışmalı, tikilənlər, qurulanlar qorunmalıdır.

Kənd ziyalısı Məmmədəli Orucov sakinlər adından minnətdarlıq edərək deyib ki, dağ kəndində aparılan bu cür quruculuq işləri Azərbaycan dövlətinin iqtisadi qüdrətinin göstəricisidir. Son illər Axura kəndində əhalinin rahat və firavan yaşayışı təmin olunub. Kəndə içməli su çəkilib, müasir yol salınıb, əhalinin məişət şəraiti yaxşılaşdırılıb. Görülən işlər Axuranı müasir yaşayış məntəqəsinə çevirib. Artıq bu dağ kəndində yaşamaq da, işləmək də hər bir sakində qürur doğurur, onların torpağa bağlılığını artırır. Sakinlər bundan sonra da Ümummilli Liderimizin siyasətinə sadiq qalacaq, müstəqil dövlətimizin daha da inkişaf etdirilməsində səylərini əsirgəməyəcəklər.

* * *

Quruculuq tədbirləri çərçivəsində Axura kənd avtomobil yolunun 2,7 kilometrinə yeni asfalt örtük salınıb, əsaslı təmir işləri aparılıb. Yol boyu 266 metr uzunluğunda beton kanal çəkilib, 2 körpü əsaslı, 1 körpü isə cari təmir olunub, 16 su keçidi tikilib. Kəndin enerji təchizatı da təkmilləşdirilib, qaz və elektrik xətləri yenilənib, müasir rabitə sistemi qurulub, fiberoptik xətt çəkilib.

Sosial qayğıya ehtiyacı olan Axura kənd sakini

üçün fərdi ev tikilib

Naxçıvan Muxtar Respublikasında qayğıya ehtiyacı olan vətəndaşlarımıza göstərilən xidmətlərin səviyyəsi ilbəil yüksəldilir, onların sosial-məişət şəraiti yaxşılaşdırılır. Kəndlərdə aparılan quruculuq işləri zamanı da bu məsələ diqqət mərkəzində saxlanılır.

Bu istiqamətdə görülən işlərin davamı olaraq Şərur rayonunun Axura kənd sakini, ahıl vətəndaş Quba Abbasova üçün fərdi yaşayış evi tikilib.

Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fərdi yaşayış evində yaradılan şəraitlə tanış olub, sakin Quba Abbasovanın səhhəti və yaşayışı ilə maraqlanıb, ona cansağlığı və firavan həyat arzulayıb.

Quba Abbasova göstərilən qayğıya görə minnətdarlıq edib.

İki otaqdan və mətbəxdən ibarət olan mənzildə lazımi kommunal şərait yaradılıb, məişət avadanlıqları qoyulub. Fərdi evin həyəti də abadlaşdırılıb, içməli su xətti çəkilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək