Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şərur rayonunun Oğlanqala kəndində müasir infrastruktur yaradılıb

Şərur, 15 fevral, AZƏRTAC

Muxtar respublikanın qədim yaşayış məntəqələrindən biri də Şərur rayonunun Oğlanqala kəndidir. Əcdadlarımızın yaratdığı qədim mədəniyyətin izlərini və zəngin tarixi özündə yaşadan Oğlanqala kəndi bu gün həm də müasir görkəmi ilə diqqəti cəlb edir. Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar bu kəndi də əhatə edib, aparılan geniş quruculuq işləri və tikilən müasir sosial obyektlər kəndin minillik tarixində yeni inkişaf dövrünün əsasını qoyub, Oğlanqala muxtar respublikanın şəhərləşən kəndlərinin sırasına daxil olub.

 

Oğlanqalada yeni məktəb binası

istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fevralın 15-də Oğlanqala kənd tam orta məktəbinin yeni binasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov çıxış edərək deyib ki, muxtar respublikada həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri Şərur rayonunu da əhatə edib. Ötən il Şərur şəhərində Aviakassa binası, Cəlilkənd, Püsyan, Kürçülü, Axaməd, Kürkənd və Yuxarı Yaycı kəndlərində yeni sosial obyektlər, Yengicə kəndində sosial qayğıya ehtiyacı olan sakin üçün fərdi ev tikilərək istifadəyə verilib, 21,2 kilometr kənd yollarına asfalt örtük salınaraq yenidən qurulub. Bu dövrdə rayon ərazisində 5 yeni artezian quyusu qazılıb, 7 artezian quyusu isə bərpa edilib. Bu gün Oğlanqala kəndində yeni məktəb binasının, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının istifadəyə verilməsi də muxtar respublikada kəndlərin inkişafına göstərilən qayğının ifadəsidir. İbrahim Məmmədov yaradılan şəraitə görə rayon əhalisi adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Oğlanqala kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə müəllim və şagirdləri təbrik edərək deyib: Məktəb işi hər bir ölkədə vacib sahə hesab olunur. Çünki ölkənin gələcəyi məktəblərdə hazırlanır. Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərindən başlayaraq məktəb işinə göstərdiyi diqqət və qayğı bu gün ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, ölkəmizin hər yerində yeni məktəb binaları tikilir, müəllim əməyi qiymətləndirilir, onların əməkhaqlarının artırılması üçün diaqnostik qiymətləndirmə aparılır.

Ali Məclisin Sədri deyib: Məktəbdə təhsil alan hər bir gənc gələcəkdə mütləq bir peşə sahibi olmalıdır. Bu səbəbdən də məktəblərdə müasir tədris şəraiti yaradılmalıdır. Oğlanqala kənd tam orta məktəbində yaradılan şərait imkan verəcəkdir ki, burada təhsil alan gənclər gələcəkdə ölkəmizdə və xaricdə istənilən ali məktəbdə təhsillərini davam etdirsin, eyni zamanda bir peşə sahibi olsunlar. Bütün bunlar kollektivin üzərinə mühüm vəzifələr qoyur. Əgər məktəbdə müasir tədris şəraiti yaradılıbsa, yeni innovasiyaların tətbiqi və onlardan istifadə də mütləq qaydada həyata keçirilməli, gənclər müasir dövrün tələblərinə uyğun hazırlanmalıdır. Müəllimlər bilməlidirlər ki, onlar ölkənin gələcəyini hazırlayırlar. Şagirdlər isə bilməlidirlər ki, onlar ölkəmizin gələcəyidirlər. Ona görə də müəllimlər gənclərə təhsil verməklə yanaşı, həm də onları müstəqil həyata hazırlamalıdırlar. Gənclər isə yaxşı oxumalı, yaradılan şəraitdən istifadə edərək ölkəmiz üçün yararlı vətəndaş kimi yetişməlidirlər.

Ötən tədris ilində qazanılan nailiyyətlərə görə Oğlanqala kənd tam orta məktəbinin kollektivinə təşəkkür edən Ali Məclisin Sədri bu nailiyyətlərin daha da artırılacağına, məktəbin muxtar respublikanın qabaqcıl məktəbləri, eləcə də ölkəmizdə keçirilən “Ən yaxşı ümumi təhsil məktəbi” müsabiqəsinin qalibləri sırasında olacağına əminliyini bildirib, kollektivə tədrisdə uğurlar arzulayıb.

Sonra Ali Məclisin Sədri məktəbdə yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, 576 şagird yerlik 3 mərtəbəli məktəb binasında 4-ü elektron lövhəli olmaqla 32 sinif otağı, kimya, biologiya və fizika laborato¬riyaları, hərbi kabinə, 2 kompüter otağı, müəllimlər otağı, 2 şahmat otağı, kitabxana, bufet, idman zalı və açıq idman qur-ğuları yaradılıb. Məktəbin kitabxana fondunda 7357 kitab vardır.

Ali Məclisin Sədrinə məlumat verilib ki, məktəbin yeni binası və müasir tədris bazası dərslərin səmərəli keçirilməsinə imkan verir. 2015-2016-cı tədris ilində Oğlanqala kənd tam orta məktəbində birinci sinfə 43 şagird qəbul olunub. Məktəbdə internetə çıxışı olan 38 kompüter quraşdırılıb. Həmçinin elektron lövhələrdə internetə çıxış imkanının yaradılması distant təhsilin tətbiqinə imkan verir. Oğlanqala kənd tam orta məktəbinin şagirdləri muxtar respublikanın 206 təhsil müəssisəsi ilə eyni vaxtda Naxçıvan Dövlət Tarix Muzeyində keçirilən distant dərsi izləyiblər.

Ali Məclisin Sədri Oğlanqala kəndinin tarixi ilə bağlı məlumatların məktəbin tədris proqramına daxil edilməsi və şagirdlərə öyrədilməsi barədə tapşırıqlar verib.

Gənclərin fiziki sağlamlığı və vətənpərvər böyüdülməsi vacib amildir. Bu səbəbdən də məktəbdə çağrışaqədərki hərbi hazırlıq fənninin və idman dərslərinin tədrisinə xüsusi diqqət yetirilir. Müasir hərbi kabinə və geniş idman zalı şagirdlərin istifadəsinə verilib.

Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri deyib ki, Oğlanqala kənd tam orta məktəbi bu gün ən inkişaf etmiş ölkələrdəki məktəblər səviyyəsində qurulub. Şagirdlərin təlim-tərbiyəsi, yaxşı oxuması, həyata hazırlanması müəllim əməyinin bəhrəsidir. Şagird yaxşı hazırlanıbsa, onun müəlliminin əməyinin bəhrəsi də uğurludur. Buna görə də məktəblərimizdə müasir şəraitin yaradılması ilə yanaşı, məsuliyyət də dəyişilməlidir. Ölkənin gələcəyi və cəmiyyətin sağlam inkişafı məktəbdə gənclərin düzgün hazırlanmasından başlayır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki: “Məktəb təhsil verməklə yanaşı, eyni zamanda gəncləri müstəqil həyata hazırlayan tərbiyə ocağıdır”.

Müəllim Gülnar Seyidova kollektiv adından minnətdarlıq edərək deyib ki, bu gün Oğlanqala kəndində hər cür avadanlıqlarla təchiz olunmuş yeni məktəb binasının istifadəyə verilməsi müəllim və şagirdlərə, ümumiyyətlə təhsilin inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bütün bunların müqabilində işimizə daha məsuliyyətlə yanaşacaq, qarşımıza qoyulan vəzifələri layiqincə yerinə yetirəcək, məktəbdə savadlı və vətənpərvər gənclər yetişdirəcəyik.

 

Dövlət qurumları üçün müasir şərait yaradılıb

Fevralın 15-də Oğlanqalada Kənd mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Ali Məclisin Sədri tədbirdə çıxış edərək deyib: Oğlanqala kəndi müasir yaşayış məntəqəsinə çevrilib. Kənddə geniş quruculuq işləri aparılıb. Bütün bunlar insanların rahat yaşamasına imkan verəcəkdir. Eyni zamanda həyata keçirilən tədbirlər kəndlə şəhər arasındakı fərqin aradan qaldırılmasına xidmət edir.

Ali Məclisin Sədri deyib: Oğlanqala kəndi qədim yaşayış məntəqəsidir. Aparılan kompleks quruculuq işlərindən sonra Oğlanqala kəndi həm də müasir yaşayış məntəqəsinə çevrilmişdir. Kənddə istifadəyə verilən yol, müasir məktəb binası, kənd mərkəzi, həkim ambulatoriyası ölkəmizin inkişafının, eyni zamanda bir kəndin timsalında dövlətimizin vətəndaşlara göstərdiyi qayğının nümunəsidir. Bütün bunlar Azərbaycan dövlətinin bugünkü simasıdır. Hər bir kənd, hər bir rayon öz inkişafı ilə ölkəmizin inkişafına pay verir. Kəndlərin, rayonların, şəhərlərin abadlaşması, müasirliyə qovuşması ümumilikdə Azərbaycanın inkişafına və daha da möhkəmlənməsinə xidmət edir.

Qeyd olunub ki, Oğlanqala kəndinin məhsuldar torpaqları və zəhmətkeş insanları vardır. Bu da imkan verir ki, qurulanlardan və yaradılan şəraitdən səmərəli istifadə olunsun, kənd daha da inkişaf etsin, nailiyyətləri artsın. Nailiyyətlərin artması isə ümumilikdə ölkəmizin nailiyyətlərinin artması deməkdir. İnsanlar qurulanlara, yaradılan şəraitə ölkəmizin inkişafı yolunda göstərdikləri xidmətləri ilə cavab verməlidirlər. Hər kəs çalışdığı sahədə öz üzərinə düşən vəzifəni məsuliyyətlə və keyfiyyətlə yerinə yetirməlidir.

Ali Məclisin Sədri deyib: Bu gün Oğlanqala kəndi qədimliyi və müasirliyi təcəssüm etdirir. Kəndin qürurverici tarixi vardır. Qədim yaşayış məntəqəsi olan Oğlanqala və Qız qalası haqqında Fransa və Amerika mətbuatında yazılar dərc olunur. Kəndə gələn və bu ərazidə tədqiqat işləri aparan xarici mütəxəssislər qədimliklə müasirliyinin vəhdət təşkil etdiyini görməlidirlər. Ona görə də tikilənlər, qurulanlar, yaradılan abadlıq işləri qorunub saxlanılmalı, kənd bundan sonra daha da inkişaf etdirilməlidir.

Sakin Hüseyn Orucov minnətdarlıq edərək deyib: Oğlanqala kəndində şəhər rahatlığı yaradılıb. Kənddə bütün növ kommunal xidmətlərlə təmin olunmuşuq. Bu günlərdə kənddə istifadəyə verilən artezian quyusu sakinlərin içməli suya olan tələbatını ödəyir. Bu gün istifadəyə verilən məktəb, kənd və xidmət mərkəzləri, müasir xəstəxanadan fərqlənməyən həkim ambulatoriyası kənd sakinlərinə göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Bir sözlə, kənd sakinlərinin bütün qayğıları öz həllini tapıb. Dövlətimizin diqqətini daim öz üzərində hiss edən sakinlər vaxtını təsərrüfatla məşğul olmağa sərf edir. Fərdi təsərrüfatları inkişaf etdirmək üçün götürülən kreditlərin manatın köhnə məzənnəsi ilə qaytarılması sakinlər tərəfindən razılıqla qarşılanır. Bütün bunlar isə təsərrüfat sahələrinin daha da genişləndirilməsinə, bol məhsul istehsalına rəvac verir. Bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə edəcək, məhsul istehsalını artırmaqla ölkəmizin inkişafına öz töhfəmizi verəcəyik.

Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib, mərkəzdə yaradılan şəraitlə tanış olub.

Binanın birinci mərtəbəsində rabitə evi, kitabxana, polis sahə və baytarlıq məntəqələri vardır. Baytarlıq məntəqəsində lazımi şərait yaradılıb, soyuducu qoyulub. Məlumat verilib ki, hazırda Oğlanqala kəndində 3 min başdan artıq iribuynuzlu və xırdabuynuzlu heyvan, 500-dən artıq arı ailəsi saxlanılır. Fərdi təsərrüfatlar vaxtlı-vaxtında dezinfeksiya olunur, süni mayalanma tədbirlərinə geniş yer verilir.

Kitabxana fondunda oxucuların istifadəsinə 12 mindən artıq ədəbiyyat verilib. Rabitə evində 384 nömrəlik ATS quraşdırılıb, genişzolaqlı və sürətli internetdən istifadə imkanları yaradılıb. Hazırda kənddə 320 telefon və 64 internet istifadəçisi vardır. Rabitə evində yeni poçt bölməsi yaradılıb, burada kompüter və POS-terminal qoyulub, kommunal ödənişlərin poçt vasitəsilə qəbuluna başlanılıb.

Binanın ikinci mərtəbəsində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi, Yeni Azərbaycan Partiyası Oğlanqala kənd ərazi ilk təşkilatı və 74 yerlik iclas zalı vardır. Yeni Azərbaycan Partiyası Oğlanqala kənd ərazi ilk təşkilatının 285 üzvü vardır ki, onlardan da 122-si gənclər, 59-u isə qadınlardır.

İnzibati ərazi dairəsi üzrə nümayəndə Arzuman Mehdiyev məlumat verib ki, kəndin əlverişli yerdə yerləşməsi burada heyvandarlığın və əkinçiliyin inkişafına geniş imkanlar açır. Suvarma suyu ilə təminat, torpaq mülkiyyətçilərinə və fermerlərə dövlət dəstəyinin artırılması, subsidiyaların verilməsi və texniki təminat imkan verir ki, sahələrdən bol məhsul götürülsün.

Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunması, kənddə heyvandarlığın və əkinçiliyin inkişaf etdirilməsi, tikilənlərin, qurulanların qorunub saxlanılması və nizam-intizama əməl edilməsi barədə tapşırıqlar verib.

 

Kənddə tibbi xidmətin səviyyəsi yüksəlib

Muxtar respublikada həyata keçirilən səhiyyə islahatlarından Oğlanqala kəndinə də pay düşüb.

Fevralın 15-də Oğlanqala kənd həkim ambulatoriyasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, ambulatoriyada səhiyyə xidmətinin təşkili ilə maraqlanıb.

Məlumat verilib ki, ikimərtəbəli həkim ambulatoriyası xəstəxana tiplidir. Binada baş həkim, qeydiyyat, tibb bacısı, doğuş, peyvənd, mama, manipulyasiya, sanitar otaqları, palata, stomatoloji kabinə, laboratoriya və aptek olmaqla 12 otaq vardır. Otaqların hər biri təyinatına uyğun müasir tibbi avadanlıqlarla təchiz olunub. Həkim və tibb işçiləri yaradılan şəraitdən və öhdəliklərində olan müasir tibb avadanlıqlarından səmərəli istifadə edərək əhalinin sağlamlığı qayğısına qalırlar. Kənddə profilaktik tədbirlərin təşkilinə, xüsusilə hamilə qadınların və uşaqların vaxtlı-vaxtında müayinəsinə ciddi diqqət yetirilir.

Ali Məclisin Sədri kənddə səhiyyə xidmətinin günün tələblərinə uyğun təşkilinin vacibliyini qeyd edib.

 

Xidmət mərkəzi sakinlərin gündəlik

tələbatını ödəyəcəkdir

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Oğlanqala kəndində xidmət mərkəzinin də açılışını edib. 

Məlumat verilib ki, mərkəzdə 2 yerlik bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları fəaliyyət göstərir. Xidmət mərkəzində 6 nəfər işlə təmin olunub. Kənd sakinləri gündəlik ərzaq və təsərrüfat mallarını bir ünvandan əldə etməklə yanaşı, həm də istehsal etdikləri kənd təsərrüfatı məhsullarını burada satışa çıxaracaqlar.

* * *

Kompleks quruculuq işləri zamanı kənddaxili avtomobil yollarına 1300 metr məsafədə asfalt örtük, 4200 metr məsafədə çınqıl qatı verilib, yolboyu 11 su keçidi və 745 metr beton kanal tikilib. Müasir rabitə xidmətinin təşkili məqsədilə 2400 metr məsafədə fiber-optik xətt, həmçinin 4 kilometr yeni elektrik xətti və 1350 metr uzunluğunda qaz xətti çəkilib.

 

Şərur rayonunun Xanlıqlar kəndindəki

“İmamzadə” bərpa olunub

 

Muxtar respublikada milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində ardıcıl tədbirlər görülür, dini-tarixi abidələrimiz bərpa olunur. Şərur rayonunun Xanlıqlar kəndindəki orta əsr Azərbaycan memarlığının qiymətli nümunələrindən olan “İmamzadə”nin bərpası da bu sahədə görülən işlərin davamıdır.

Fevralın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xanlıqlar kəndinə gəlib, “İmamzadə”də aparılan bərpa işləri ilə tanış olub.

Ali Məclisin Sədri çıxış edərək deyib: Bu gün həm tarixi abidə, həm də ziyarətgah bərpa olunaraq sakinlərin istifadəsinə verilir. XVI əsrdə İmam ailələrinə aid qəbirlər üzərində tikilmiş türbələrdən biri də “Parçı İmamzadəsi” deyilən bu İmamzadədir. İmamzadə yeddinci İmam Musa Kazımın oğlu Şahzadə İbrahimin məzarı üstündə tikilib, uzun illər ziyarətgah və inanc yeri olub.

Ali Məclisin Sədri deyib: Ziyarətgahların ərazisi abad və səliqəli olmalıdır. Ona görə də Xanlıqlar kəndindəki “İmamzadə” bərpa olunaraq ona ikinci həyat verildi, türbənin yerləşdiyi ərazi abadlaşdırıldı. Həyata keçirilən bu tədbirlər tarixi-mədəni irsimizə göstərilən qayğı olmaqla yanaşı, eyni zamanda türbədə məzarı olan Şahzadə İbrahimə, onun ailəsinə və dinimizə hörmətin daha bir ifadəsidir. Ziyarətgaha gələn insanlar da bu amili diqqətdə saxlamalı, təmizliyə riayət etməlidirlər.

Sonra “Qurani-Kərim”dən ayələr oxunub.

Məlumat verilib ki, “İmamzadə” giriş, salon və otaqlardan ibarətdir. Aşağı hissəsi kvadrat şəklində inşa edilən binanın tavanı tağvari günbəzlə örtülüb. Bərpa işləri zamanı “İmamzadə”nin tarixi görkəmi və qədim memarlıq elementləri qorunub saxlanılıb. Abidənin həyətində də geniş abadlıq işləri aparılıb.

Ali Məclisin Sədri “İmamzadə”nin tarixi abidə kimi əhəmiyyətini qeyd edib, abidə haqqında bələdçi mətninin hazırlanması, tanıdılması və təbliği barədə tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Taylandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib YENİLƏNƏCƏK

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub