MƏDƏNİYYƏT
“Səslən tarım” tanınmış ifaçıları bir araya toplayacaq
Bakı, 23 oktyabr, AZƏRTAC
Oktyabrın 31-də Beynəlxalq Muğam Mərkəzində tanınmış tarzən, Xalq Artisti, “Şöhrət” ordenli Ramiz Quliyevin 70 illik yubileyinə həsr edilmiş “Səslən tarım” adlı tədbir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
Tədbirdə sənətkarın həyat və yaradıcılığından danışılacaq, musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq.
Konsert proqramı ilə davam edəcək konsertdə yubilyarın özü ilə yanaşı, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri çıxış edəcəklər.
Gecədə ifaçıları Xalq Artisti Adil Bağırovun bədii rəhbərliyi ilə Əhsən Dadaşov adına “Xatirə” Xalq Çalğı Alətləri Ansamblı müşayiət edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]