Səttar Möhbalıyev: AHİK-in növbədənkənar qurultayında 5 məsələ müzakirə olunacaq VİDEO
Bakı, 20 dekabr, AZƏRTAC
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar qurultayında 5 məsələ müzakirə olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AHİK sədri Səttar Möhbalıyev deyib.
O diqqətə çatdırıb ki, bu məsələlərdən biri növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin namizədliyinin dəstəklənməsidir.
Səttar Möhbalıyevin sözlərinə görə, 26 sahə təşkilatından AHİK-ə bununla bağlı müraciət daxil olub. Qurultayın gedişində bununla bağlı qərar qəbul ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [18:50]
Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub
- 09.06.2026 [18:18]