Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və ABŞ Sudanda üçaylıq atəşkəslə bağlı çağırış edib
Qahirə, 13 sentyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanı Krallığı, Misir Ərəb Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ humanitar yardımların sürətlə çatdırılmasına şərait yaradılması məqsədilə Sudanda üçaylıq atəşkəsə çağırış ediblər.
AZƏRTAC Səudiyyə Ərəbistanının xəbər agentliyinə istinadla bildirir ki, bu, Amerika Birləşmiş Ştatlarının dəvəti əsasında, Səudiyyə Ərəbistanının, Misirin, BƏƏ-nin və ABŞ-ın xarici işlər nazirlərinin Sudandakı münaqişə ilə bağlı apardıqları intensiv məsləhətləşmələrin nəticəsi olaraq qəbul etdikləri birgə bəyanatda əks olunur.
Birgə bəyanatda Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında davam edən münaqişənin “dünyanın ən ağır humanitar böhranına” səbəb olduğu, regional sülh və təhlükəsizliyi təhdid etdiyi qeyd olunub. Vurğulanıb ki, böhranın hərbi yolla həlli yoxdur.
Dördtərəfli bəyanatda, həmçinin “Müsəlman Qardaşları” ilə əlaqəli zorakı ekstremist qrupların bölgədə zorakılığın və qeyri-sabitliyin artmasında roluna diqqət çəkilir, onların Sudanın gələcəyini müəyyənləşdirə bilməyəcəkləri vurğulanıb.
Nazirlər bu mövzuda məsləhətləşmələri 2025-ci ilin sentyabrında keçiriləcək nazirlərin dördtərəfli görüşündə davam etdirmək barədə razılığa gəliblər.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]
İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb
- 30.09.2026 [13:58]