Səudiyyə Ərəbistanı Dünya Səhiyyə Təşkilatına 10 milyon dollar maliyyə yardımı edəcək
Qahirə, 10 mart, AZƏRTAC
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud koronavirusla mübarizə aparmaq məqsədilə Dünya Səhiyyə Təşkilatına (ÜST) 10 milyon dollar ayrılması barədə sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin SPA rəsmi informasiya agentliyi məlumat yayıb.
Qeyd olunub ki, DST-yə maliyyə yardımının ayrılması qərarı virusun yayılmasının qarşısının alınması ilə əlaqədar təşkilatın dövlətlərə müraciətindən sonra qəbul edilib. Səudiyyə Ərəbistanı Kralının humanitar məsələlər üzrə müşaviri Abdulla bin Əbdüləziz əl-Rabiyah bildirib ki, Ər-Riyad təhlükəli virusla mübarizədə DST-yə və digər beynəlxalq təşkilatlara dəstəyini davam etdirəcək.
Səudiyyə Ərəbistanı artıq Körfəz ölkələri, İtaliya və Cənubi Koreyaya qarşılıqlı səfərləri dayandırıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]