Səudiyyə Ərəbistanında vaksinasiya olunmamış şəxslər ictimai yerlərə buraxılmayacaqlar
Qahirə, 21 iyul, AZƏRTAC
Avqustun 1-dən etibarən Səudiyyə Ərəbistanının vaksinasiya olunmamış vətəndaşları və əcnəbilər ictimai yerlərə buraxılmayacaqlar.
AZƏRTAC xəbər verir ki, bu barədə “Alarabia” telekanalı məlumat yayıb.
Krallığın Bələdiyyə və Əyalət İşləri Nazirliyi bəyan edib ki, COVID-19 əleyhinə vaksinasiya olunmamış şəxslərin ictimai məkanlara, o cümlədən toy və yas mərasimi zallarına, bərbərxana, gözəllik salonları, ticarət mərkəzləri və restoranlara girişi qadağan ediləcək. Bütün bu məkanların girişində vaksinasiya pasportunu yoxlayan aparatlar qoyulacaq. Eyni zamanda, həmin obyektlərdə vaksinasiya olmadan çalışmağa da izin verilməyəcək.
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi isə bəyan edib ki, avqustun 9-dan etibarən yalnız iki doza vaksin vurulan vətəndaşlar xaricə səyahət edə biləcəklər. Rəsmi SPA agentliyinin məlumatına görə, krallığın Səhiyyə Nazirliyi bu tədbirləri COVID-19-un yeni - mutasiyaya uğramış variantlarının qarşısını almaq məqsədilə tövsiyə edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:56]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]