Səudiyyə Ərəbistanının “Al-Manatiq” portalında Azərbaycanla bağlı məqalə yayılıb
Ər-Riyad, 12 may, AZƏRTAC
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin 28 May - Respublika Günü ilə əlaqədar hazırladığı “Səudiyyə Ərəbistanı Krallığı və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 24-cü ildönümü münasibətilə” adlı məqalə bu ölkədə fəaliyyət göstərən “Al-Manatiq” portalında yayılıb.
Məqalədə 24 il əvvəl Azərbaycan və Səudiyyə Ərəbistanı arasında təməli qoyulan diplomatik münasibətlərin inkişaf yolu, ölkələrimizin ikitərəfli əlaqələrinin siyasi, mədəni, humanitar, iqtisadi və digər sahələrdə intensiv şəkildə yüksəlişi, əldə olunmuş uğurlar və neft-qaz sahəsində imzalanmış sazişlər, eləcə də səfirliyin bu illər ərzində göstərdiyi fəaliyyət haqqında məlumat verilir.
Həmçinin məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq təşkilatlar çərçivəsində Səudiyyə Ərəbistanının rəhbərliyi tərəfindən Azərbaycanın haqlı mövqeyinin daim dəstəklənməsi, münaqişə ilə bağlı bu ölkənin və İslam Əməkdaşlıq Təşkilatının tutduğu ədalətli mövqe, ölkəmizin ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal altında saxlanılması və 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvalarından didərgin salınmasından da bəhs olunur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:06]
İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib
- 07.10.2026 [10:06]