Seuldan Daşkəndə gələn 181 Özbəkistan vətəndaşı karantinə yerləşdirilib
Daşkənd, 9 mart, АZƏRTAC
Bu gün səhər saatlarında “Uzbekistan Airways” çarter reysi ilə Cənubi Koreyada təhsil alan və çalışan 181 Özbəkistan vətəndaşı Seuldan Daşkəndə gətirilib.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, onlar Daşkənd vilayətindəki sanatoriyalardan birinə 14 günlük karantinə yerləşdirilib.
Xatırladırıq ki, fevralın 29-da Seuldan Daşkəndə uçan bütün sərnişinlər də iki həftəlik karantinə alınıb.
Cənubi Koreyada koronavirus geniş yayıldığına görə “Uzbekistan Airways” martın 1-dən Seula uçuşları dayandırıb.
Mart ayında Seuldan Daşkəndə Özbəkistan vətəndaşlarını gətirən daha üç çarter reysi həyata keçiriləcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]