Şəxsiyyətləri müəyyənləşdirilən daha beş itkin şəhid dəfn olunacaq

Bakı, 15 may, AZƏRTAC
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilən daha beş şəhid dəfn olunacaq.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından AZƏRTAC-a verilən məlumata görə, mayın 16-da hərbçilər Yusif Mirzəli oğlu Məmmədov Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında, Miriş Məhəmməd oğlu Rüstəmov Ağcabədi şəhərindəki Şəhidlər xiyabanında, Muxtar Bayram oğlu Məmmədov Şərur şəhərindəki Şəhidlər xiyabanında, Abuzər Tənzil oğlu Abbasov Zərdab rayonunun Yuxarı Seyidlər kənd qəbiristanlığında, Elşən İsaməddin oğlu Ərzumanov Quba şəhərindəki Şəhidlər xiyabanında dəfn ediləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2025 [14:11]
Laçına köçürülmüş şəxslərdən 1150 nəfər məşğulluq tədbirlərinə cəlb edilib
- 13.06.2025 [14:10]
NİİM sürücülərə müraciət edib
- 13.06.2025 [13:28]
Lənkəranda meşələrin yanğın təhlükəsizliyinə dair tədbir keçirilib
- 13.06.2025 [13:17]