Şeyxülislam: Azərbaycanda Aşura ilə bağlı tədbirlər şəriətə və qayda-qanunlara uyğun şəkildə keçirilir
Bakı, 28 iyul, AZƏRTAC
Aşura günündə insanlar bədənlərinə xəsarət yetirərək özlərinə əziyyət verməməlidir. Onun əvəzinə, biz qan verərək xəstə uşaqlara, insanlara kömək ola bilərik. Azərbaycanda atılan bu cür addımlar bütün dünyada təqdir olunur. Qonşu ölkələrdə bunun düzgün yol olduğunu görüb qanvermə aksiyalarına başlayırlar.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.
“Azərbaycanda Aşura ilə bağlı tədbirlər şəriət və qayda-qanunlara uyğun şəkildə keçirilir. Ölkəmiz illərlə öz adət-ənənəsinə uyğun olaraq Kərbəla şəhidlərini yad edir. Bununla bərabər, biz öz şəhidlərimiz üçün də dualar oxuyuruq”, - deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:33]
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub
- 29.09.2026 [17:08]
Azyaşlılar təhlükəsiz davranış qaydaları barədə maarifləndirilirlər
- 29.09.2026 [17:08]