Si Cinpin 50 min amerikalı gənci Çinə dəvət edib
Bakı, 16 noyabr, AZƏRTAC
Çin beş il ərzində 50 min gənc amerikalını müxtəlif proqramlar üzrə ÇXR-ə dəvət etməyə hazırdır.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, ÇXR sədri Si Cinpin bu barədə San-Fransiskoda ABŞ Prezidenti Cozef Baydenlə danışıqlardan sonra deyib.
“Çin beş il ərzində 50 min amerikalını mübadilə proqramları üzrə ÇXR-ə dəvət etməyə hazırdır. Pekin bu yolla iki millət arasında xüsusən gəclərin mübadiləsini artmaq istəyir”, - deyə Si Cinpin ABŞ təşkilatlarının nümayəndələri ilə görüşü zamanı bildirib.
ÇXR sədri ilə Ağ evin hazırkı rəhbəri arasında danışıqlar Cozef Baydenin prezident kimi fəaliyyətə başladığı 2021-ci ilin yanvar ayından bəri yeddinci dəfədir baş tutur. Bu, hər iki dövlət başçısının sayca ikinci şəxsi görüşüdür. Onlar arasında ilk görüş ötən ilin noyabrında İndoneziyanın Bali adasında keçirilmişdi. Eyni zamanda, altı ildə ilk dəfədir ki, Birləşmiş Ştatlara səfər edən Si Cinpin burada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etməyi planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [13:26]
Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib
- 05.10.2026 [13:16]
Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq
- 05.10.2026 [13:08]
Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub
- 05.10.2026 [12:57]
Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib
- 05.10.2026 [12:44]