SİLAH VƏ NARKOTİK MADDƏ GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zöhrab Şirinovdan 0,284 qram heroin, “PM” markalı bir tapança və 7 patron götürülmüşdür. Z.Şirinov və ona tapançanı vermiş Gürcüstan vətəndaşı Şakir Daşdəmirov tutulmuşlar.
Sumqayıt Şəhər Polis İdarəsinin işçiləri şəhər sakinləri İlham Orduxanovdan 0,266 qram, Səadət Cəfərovadan 0,971 qram, Ramin Nərimovdan 0,483 qram, Nəsimi Rayon Polis İdarəsi 19-cu bölməsinin əməkdaşları isə əvvəllər məhkum olunmuş Elşən Mehrəliyevdən 0,566 qram heroin müsadirə etmişlər.
Bu faktlarla bağlı cinayət işi başlanmışdır, təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]