Azərbaycan Dövlət İnformasiya Agentliyi

Silahdaşlarının xatirələrində yaşayan Heydər Əliyev

Bakı, 19 sentyabr, AZƏRTAC

Bu il ölkəmiz üçün Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunması ilə əlamətdardır. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub, dövlətimizin başçısının 2022-ci il 28 noyabr tarixli Sərəncamı ilə tədbirlər planı təsdiq edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Ümummilli Liderin 100 illiyi ilə bağlı DTX tərəfindən də Ulu Öndərin həyat və fəaliyyətinin cəmiyyətdə geniş təbliğ edilməsi, xüsusən də dahi şəxsiyyətin mənalı ömrünün təhlükəsizlik orqanlarında keçən hissəsi ilə ictimaiyyətin daha yaxından tanış olması üçün müvafiq layihələr həyata keçirilib. Belə ki, ötən aylarda DTX-nin təşkilatçılığı ilə Xidmətin Mərkəzi Aparatında, Mədəniyyət Mərkəzində, eləcə də respublikamızın bölgələrində - Gəncə, Şəki, Göyçay, Lənkəran və Naxçıvan şəhərlərində Heydər Əliyevin xatirəsinə həsr olunmuş bir sıra tədbirlər, habelə DTX-nin Heydər Əliyev adına Akademiyası tərəfindən ictimaiyyət nümayəndələrinin, ali təhsil müəssisələrinin rəhbərlərinin və professor-müəllim heyətlərinin iştirakı ilə “Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri” mövzusunda elmi-praktik konfrans keçirilib. Bununla yanaşı, DTX-nin Azərbaycan Televiziyası ilə birgə layihəsi kimi Ulu Öndərin xüsusi xidmət orqanlarındakı fəaliyyətindən bəhs edən “Naturalist əməliyyatı”, “Port-Pəhləvi əməliyyatı”, “Xankəndi-1967”, “Generalın planı” adlı silsilə sənədli filmlər hazırlanaraq nümayiş olunub, "Ulu Öndər silahdaşlarının xatirələrində", həmçinin DTX-nin yaxından dəstəyi ilə ərsəyə gətirilmiş, Xalq yazıçısı Elmira Axundovanın "Na straje qosudarstva" adlı kitablarının təqdimatları keçirilib.

Son illərdə Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolundan, dövləti və milləti naminə xidmətlərindən bəhs edən saysız-hesabsız kitablar nəşr olunub, məqalələr dərc edilib. Heç şübhəsiz ki, Heydər Əliyev kimi dühanın həyatını, gördüyü işləri vəsf etmək üçün hələ bundan sonra da neçə-neçə kitab və məqalələr işıq üzü görəcək. Lakin bizim bu yolda əsas məqsədimiz tamamilə yeni üslubda və tərtibatda fərqli bir nəşr hazırlamaq, Ulu Öndərin təhlükəsizlik orqanlarındakı 25 illik fəaliyyətini daha geniş tərənnüm etmək idi.

Heç də təsadüfi deyil ki, bu gün təhlükəsizlik orqanlarında xidmət edən bütöv bir nəsil özünü Heydər Əliyev məktəbinin davamçısı, DTX-nin şəxsi heyəti isə Ulu Öndər Heydər Əliyevi özünün fəxri rəhbəri hesab edir.

Beləliklə, səylərimizi odövrkü vəziyyəti vaxtilə təhlükəsizlik orqanlarında uzun müddət Heydər Əliyevlə birlikdə çalışmış, onunla mütəmadi birbaşa təmasda olmuş veteran əməkdaşların dili ilə canlandırmaq ideyası ətrafında birləşdirməyə qərar verdik. Bu, eyni zamanda elə bir kitab olmalı idi ki, oxucu onu mütaliə etdikdə Ulu Öndərin xüsusi xidmət orqanlarında çalışarkən xalqının rifahı və Azərbaycanın təhlükəsizliyi yolunda etdikləri ilə bağlı yeni-yeni məqamları özü üçün kəşf etmiş olsun. Əslində, əbədiyaşar lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər silahdaşlarının xatirələrində” kitabının hazırlanması ideyasının yaranmasında təkan rolunu məhz yuxarıda sadaladığımız məqsədlər oynayıb.

Ümummilli Liderin xüsusi xidmət orqanlarındakı fəaliyyətindən bəhs edən “Heydər Əliyev - Azərbaycan təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı” adlı giriş hissəsi ilə başlanan kitabın ən önəmli, unikal cəhəti burada indiyə kimi heç bir yerdə dərc olunmayan, vaxtilə təhlükəsizlik orqanlarında Heydər Əliyevin rəhbərliyi ilə çalışmış veteran əməkdaşların üzərində Ulu Öndərin imzası olan və onların şəxsi işlərində saxlanılan məxfi qrifli arxiv sənədlərinin, dahi rəhbərin bu təsisatda xidmət etdiyi vaxtlara aid fotoşəkillərin, o cümlədən Ümummilli Liderin Rusiya təhlükəsizlik orqanlarının arxivində saxlanılan şəxsi işindən olan sənədli materialların, həmçinin Özbəkistan və Qazaxıstan təhlükəsizlik orqanları veteranlarının xatirələrinin yer almasıdır.

Cari il mayın 10-da DTX-də keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş təntənəli tədbirdə təqdimatı baş tutmuş nəşrin “Ön söz”ünün müəllifi olan DTX-nin rəisi general-polkovnik Əli Nağıyev kitabın ərsəyə gətirilməsinin əsas məqsədini aşağıdakı kimi açıqlamışdı: “Ümummilli Liderin 100 illik yubileyinin qeyd olunduğu ərəfəyə təsadüf edən bu kitabın hazırlanmasında əsas məqsəd Heydər Əliyev ideyalarının geniş təbliği, insanlara, xüsusən də gənc nəslə onun mənalı həyat və nümunəvi xidmət yolu barədə vaxtilə rəhbərliyi altında çalışmış, dahi şəxsiyyətin diqqət və qayğısını öz üzərilərində hiss etmiş, məsləhət və tövsiyələrindən bəhrələnmiş təhlükəsizlik orqanlarının veteranlarının və onların övladlarının hafizələrinə ömürlük həkk olunmuş unudulmaz xatirələri oxucularla bölüşməkdir”.

Kitabda 42 veteran əməkdaşın Heydər Əliyev ilə bağlı xatirələri, müxtəlif zamanlarda dövri mətbuatda dərc edilmiş məqalə və müsahibələri əks olunub. Ulu Öndər haqqında silahdaşlarının söylədikləri fikirləri, onların Heydər Əliyevin rəhbərliyi ilə xidmət edərkən yaşadıqlarını oxuduqca təhlükəsizlik orqanlarında peşəkarlıq məktəbinin yaradıcısı olan bu şəxsin dahiliyinin bir daha əyani şəkildə şahidi olursan. Xidmət rəisi Əli Nağıyev nəşr üçün qələmə aldığı “Ön söz”də məhz sözügedən məqama diqqət çəkir: “Həqiqətən də, onunla uzun illər çiyin-çiyinə çalışmış, doğma Vətənə şərəfli xidmət yolunda qarşıya çıxan bütün çətinliklərə Ulu Öndərlə birgə sinə gərmiş şəxslərin fikirləri ilə tanış olduqda bir daha Azərbaycanın və xalqımızın nə dərəcədə əzəmətli, nə dərəcədə dahiyanə bir siyasət nəhənginə sahib olduğunu anlayırsan”.

Heydər Əliyevin silahdaşları qürur hissi ilə paylaşdıqları xatirələrində Ulu Öndərlə ilk tanışlıqlarından, aralarında mövcud olan rəhbər-işçi münasibətlərindən, onun əməkdaşlara diqqət və qayğısından, iş prinsipindən, geniş əməliyyat təfəkküründən, hadisələri qabaqcadan görə bilmək qabiliyyətindən, analitik və təhlil bacarığından ətraflı söhbət açırlar. Qeyd edirlər ki, məhz belə keyfiyyətləri sayəsində Heydər Əliyev mürəkkəb əməliyyat kombinasiyalarını uğurla həyata keçirir, qarşısında duran çətin tapşırıqların öhdəsindən layiqincə gələ bilirdi. Heydər Əliyevin təhlükəsizlik orqanlarında sıravi əməkdaşdan qurumun rəhbərinə, leytenant rütbəsindən general-mayor rütbəsinə kimi yüksəlməsi də sadalanan cəhətlərin müqabilində mümkün olmuşdu.

Təhlükəsizlik orqanlarının veteranları Heydər Əliyevin mükəmməl yaddaşa malik olmasını, nizam-intizamı, dəqiqliyi hər şeydən üstün tutmasını, insanlarda dürüstlüyə böyük qiymət verməsini deyirlər. Onlar bildirirlər ki, Heydər Əliyev hər zaman verdiyi tapşırıqların vaxtında icra olunmasına xüsusi diqqət yetirir, nəzərdə tutulan tədbirin nəticəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq, vəziyyətin ona olduğu kimi məruzə edilməsini tələb edir, qeyri-səmimiliyi qətiyyən sevmir, hətta yerinə yetirilməsini tapşırdığı işlərin icra müddətini belə dəqiq yadında saxlayır, əməkdaşları adbaad hafizəsinə həkk edə bilirdi.

Bundan əlavə, o da qeyd olunur ki, xidməti fəaliyyətdə sərt və tələbkar olması ilə yanaşı, Heydər Əliyev tabeçiliyində çalışan əməkdaşların ailə-məişət problemləri və onları narahat edən digər məsələlərlə də daima yaxından maraqlanır, həlli üçün hərtərəfli dəstək göstərir, şəxsi heyətdən qayğısını heç vaxt əsirgəmirdi. Onun səyləri ilə həmin vaxtlar bütün çətinliklərə baxmayaraq, əməkdaşlar qısa müddətdə Bakı şəhərində mənzillə təmin olunur, onların sanatoriya-kurort müalicəsi və digər qayğıları öz həllini tapırdı.

Kitabda "Ön söz" müəllifinin də Heydər Əliyevlə ilk görüşü barədə xatirələrinə yer verilib. General-polkovnik Əli Nağıyev o anı belə xatırlayır: “Mənim üçün tarixi və unudulmaz olan həmin an 1993-cü ilin aprel ayında əməliyyat tapşırığının icrası ilə əlaqədar Naxçıvana ezam olunduğum vaxta təsadüf edir. O dövrdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri olan Heydər Əliyevlə görüşdə o, təhlükəsizlik orqanlarındakı fəaliyyətimlə yaxından maraqlanmış, gələcək xidmətimin daha səmərəli qurulması üçün dəyərli məsləhətlərini vermişdi. Ulu Öndərin verdiyi öyüd-nəsihətlər bu orqanlardakı sonrakı fəaliyyətimin əsasını təşkil etdi. 1985-ci ildə xidmətə qəbul olunmaqla, 1997-ci ildən etibarən Milli Təhlükəsizlik Nazirliyinin Mərkəzi Aparatında müxtəlif əməliyyat strukturlarında rəhbər vəzifələrdə çalışmış əməkdaş kimi Ulu Öndərin təhlükəsizliyimizin etibarlı təminatı naminə verdiyi mühüm tapşırıqların birbaşa icraçıları sırasında olduğuma görə qürur duyuram”.

Ümumiyyətlə, kitabı vərəqləyərək Heydər Əliyev barədə bölüşülən xatirələri oxuduqca insanın xəyalında iti zəkalı, öz peşəsinə dərindən yiyələnən və ona bağlı, uzaqgörən, milli düşüncəli, xalqını sonsuza qədər sevən, milli dəyərlərə sadiq olan təhlükəsizlik zabiti canlanır.

Təhlükəsizlik orqanlarının veteranları dönə-dönə vurğulayırlar ki, Heydər Əliyevin ən böyük xidmətlərindən biri bu orqanları milliləşdirməsi idi. Həmin dönəmlərdə təhlükəsizlik təşkilatının tərkibini əsasən qeyri-millətlərdən olanlar təşkil edirdi və bu amili də Ulu Öndər qətiyyən qəbul etmirdi. Belə addım atmaq o zaman üçün böyük cəsarət və hünər tələb edirdi. 1950-ci illərin əvvəllərindən başlanan milliləşmə prosesi ilə qısa zaman ərzində təhlükəsizlik orqanlarında azərbaycanlıların sayı əsaslı şəkildə artdı. Əslində, bununla Ulu Öndər təhlükəsizlik orqanlarının gələcəyi üçün kadr potensialını da formalaşdırmış olurdu.

Milliləşmə prosesi Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə də geniş vüsət aldı, onun təşəbbüsü ilə xeyli sayda gənc kadrlar keçmiş SSRİ-nin xüsusi tədris müəssisələrinə oxumağa göndərildi. Kitabın "Ön söz"ündə bu məsələyə general-polkovnik Əli Nağıyev toxunaraq qeyd etmişdir: "Təbii ki, Heydər Əliyevin Azərbaycan təhlükəsizlik orqanlarındakı fəaliyyətindən danışanda onun hələ keçən əsrin 50-ci illərindən etibarən apardığı milliləşmə prosesini xüsusilə qeyd etmək lazımdır. Belə məsələlərin o dövr üçün böyük cəsarət və qətiyyət tələb etməsinə baxmayaraq, məhz Ulu Öndərin titanik səyləri nəticəsində o vaxtlar tərkibi digər millətlərdən ibarət olan təhlükəsizlik orqanlarına milli kadrların cəlb olunması, onların dövrün qabaqcıl xüsusi təyinatlı ali tədris müəssisələrində təhsil almaq üçün göndərilməsi aktiv şəkil aldı".

Nəzərə çatdıraq ki, Heydər Əliyev xüsusi xidmət orqanlarının şəxsi heyətinin komplektləşdirilməsi məsələsinə daim həssaslıqla yanaşmış, ölkəmiz müstəqillik qazandıqdan sonra da sözügedən istiqamətdə mühüm işlər görmüşdür. 1998-ci ildə təhlükəsizlik orqanının akademiyasının yaradılması buna bariz misaldır. Ümummilli Liderin 100 illik yubileyinin qeyd olunduğu 2023-cü il dekabrın 1-də Ulu Öndərin adını daşıyan və vaxtilə birbaşa özünün təşəbbüsü ilə əsası qoyulmuş bu xüsusi təyinatlı ali təhsil müəssisəsinin yaradılmasının 25 illiyinin tamam olması təhlükəsizlik orqanlarının tarixinə növbəti əlamətdar hadisə kimi daxil olacaqdır.

Xüsusilə qeyd etmək istərdik ki, bu gün də Azərbaycan təhlükəsizlik orqanları məhz Ulu Öndərin miras qoyduğu vətənpərvərlik irsi və peşəkarlıq məktəbi əsasında fəaliyyət göstərir, bu orqanlarda xidmət vaxtilə Heydər Əliyevin müəyyən etdiyi meyarlar üzərində inkişaf etdirilir. General-polkovnik Əli Nağıyev qeyd olunanları "Ön söz"də xüsusi vurğulayır: “Heydər Əliyevin şərəfli ömrünün 25 ilini həsr etdiyi Azərbaycan təhlükəsizlik orqanlarındakı fəaliyyəti, gələcək nəslə miras qoyduğu peşəkarlıq məktəbi xüsusi xidmət orqanlarının əməkdaşları üçün etalon olaraq qəbul edilir. Ulu Öndərin millətə və dövlətə sədaqət amalları isə daima gənc zabitlərə aşılanır”.

Belə bir nəşri ərsəyə gətirməklə Heydər Əliyevin əziz xatirəsinin yaşadılması və adının əbədiləşdirilməsi işinə dahi rəhbərin yolunun sadiq davamçıları kimi xidmətimiz adından layiqli töhfəni verməyə çalışdıq. İnanırıq ki, kitab oxucularda xoş təəssürat yaradacaq, Heydər Əliyev fenomenini xalqımıza daha yaxından tanıtdıracaqdır. DTX-nin rəisi general-polkovnik Əli Nağıyev nəşrin "Ön söz"ündə fikirlərinə yekun vuraraq bildirir: "Ümidvaram ki, respublika ictimaiyyətinə təqdim olunan, Ümummilli Liderin 100 illik yubileyinə həsr etdiyimiz bu kitab Ulu Öndərin hər kəsə nümunə ola biləcək həyat məktəbinin indiki və gələcək nəsillərə öyrədilməsində böyük əhəmiyyətə malik olacaq, dövlətə və xalqa dönməz sadiqlik ideyalarının gənclərə aşılanması işinə töhfə verməklə ömrünü Vətənə xidmətə həsr edən hər bir vətənpərvər azərbaycanlı üçün layiqli örnək rolunu oynayacaq".

Əminliklə bildiririk ki, fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun quran DTX-nin Heydər Əliyev amallarına sadiq əməkdaşları bundan sonra da Ulu Öndərin ölkəmizin təhlükəsizliyinin təmin olunmasında göstərdiyi misilsiz xidmətlərinin yorulmaz təbliğatçısı və təşviqatçısı olacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

52-ci Berlin Marafonunda 162 ölkədən 50 mindən çox iştirakçı yarışıb

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb