Şimal bölgəsində 29 məzun 600 baldan yüksək nəticə qazanıb
Xaçmaz, 7 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonlar üzrə 29 məzun 600 baldan yuxarı nəticə qazanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tələbə adını qazanan həmin məzunların 11-i Quba, 8-i Siyəzən, 5-i Xaçmaz, 5-i Şabran məktəblərində təhsil alıb. Qusarlı iki məzun isə 599 bal toplayıb.
Şimal bölgəsinin məzunları arasında ən yüksək nəticəni Şabran şəhər Roman Yusifov adına 2 saylı texniki təmayüllü tam orta məktəb-liseyin şagirdi Nigar Əlməmmədova əldə edib. Nigar buraxılış və ali məktəblərə qəbul imtahanlarından I qrup üzrə ümumilikdə 664 bal toplayıb.