Şimal bölgəsində keçirilən reydlər zamanı qanunsuz ov halları aşkar edilmişdir
Bakı, 22 yanvar (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz ov hallarının qarşısının alınması məqsədi ilə reydlər keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, reydlər zamanı Şabran rayonunun Dəhnə kəndi ərazisində qanunsuz ov edən 8 nəfərdən ibarət qrup saxlanılaraq, onlardan ümumilikdə müxtəlif növlü və çaplı 8 ədəd ov tüfəngi götürülmüşdür. Qanun pozucularından yalnız ikisi - rayonun Xəlfələr kənd sakini Mirzəağa Əzimov və Şabran şəhər sakini Sübhan Quliyev ovçuluq biletlərini və tüfənglərə dair icazə sənədlərini təqdim etmişlər. Həmin şəxslərin hər biri ayrılıqda 1000 manat məbləğində cərimə olunmuşdur.
Qrupun digər üzvlərinin şəxsiyyətlərinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilmələri üçün Şabran Rayon Polis Şöbəsinə müraciət olunmuşdur.
Siyəzən rayonu ərazisində keçirilən reydlər zamanı isə Bakı-Quba magistral avtomobil yolunun 105-120-ci kilometrliyində, yol kənarında və keçid körpülərinin altında nərə, xəşəm, qızıl balıq, sazan və digər balıq növlərinin qanunsuz satıldığı aşkar olunmuşdur. Balıq məhsulları və satış üçün istifadə olunan avadanlıqlar ərazidən götürülərək məhv edilmişdir.
Qanun pozucularının şəxsiyyətlərinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilmələri, o cümlədən hansı şəraitdə qanunsuz balıq ovuna çıxmalarının araşdırılması məqsədi ilə Siyəzən Rayon Polis Şöbəsinə müraciət olunmuşdur.
Qanunsuz ov hallarının qarşısının alınması məqsədi ilə reydlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]