SİMFONİK ORKESTRİN KONSERTİNƏ FƏXRƏDDİN KƏRİMOV DİRİJORLUQ EDƏCƏK
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında mayın 18-də Azərbaycan Dövlət Simfonik Orkestrin konserti olacaqdır. Filarmoniyadan AZƏRTAC-a bildirmişlər ki, orkestrə Türkiyədə yaşayan həmyerlimiz, İzmir Dövlət Opera və Balet Teatrında çalışan Fəxrəddin Kərimov dirijorluq edəcəkdir. Konsertdə Bakı Musiqi Akademiyasının məzunu, hazırda ABŞ-da yaşayan istedadlı skripkaçı Səbinə Rakçeyeva və Pianoçuların Beynəlxalq Müsabiqələri laureatı Murad Hüseynov çıxış edəcəklər.
Proqramda Rixard Vaqner, İohannes Brams, Sezar Frank, Olivye Messianın əsərləri səslənəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:46]
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq
- 01.10.2026 [15:29]