REGİONLAR
Şirvan şəhər sakininin evindən külli miqdarda heroin aşkarlanıb VİDEO
Şirvan, 2 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan şəhər sakini, əvvəllər də eyni əmələ görə cinayət məsuliyyətinə cəlb olunmuş İlqar Umudov yaşadığı evin yaxınlığında saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı bir büküm, yaşadığı evdən isə təmiz çəkisi 960 qram olan narkotik maddə - heroin aşkarlanaraq götürülüb. Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.