Şirvan şəhərində Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir
Şirvan, 26 fevral (AZƏRTAC). Şirvan şəhər mədəniyyət evində Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə mədəniyyət evinin foyesində məktəblilərin “Xocalı uşaqların gözü ilə” rəsm sərgisi ilə tanış olmuşlar.
Mərasimdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov bildirmişdir ki, ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.
Ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri vəhşiliklərdən, soyqırımından ətraflı söhbət açan M.Camalov düşmən tapdağı altında qalan Azərbaycan torpaqlarının, o cümlədən Xocalı şəhərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad ediləcəyinə əminliyini ifadə etmişdir.
Toplantıda çıxış edənlər mənfur düşmənlərimizin Xocalı şəhərində törətdikləri vəhşilikləri soyqırımı kimi qiymətləndirmiş, dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən Xocalı qətliamına hüquqi qiymətin verilməsinin vacibliyini diqqətə çatdırmışlar.
Mərasim iştirakçıları Xocalı soyqırımına həsr olunmuş “Sözün bitdiyi zaman” sənədli filminə və “Xocalı harayı” mövzusunda ədəbi-bədii kompozisiyaya tamaşa etmişlər.
Tədbirin sonunda Şirvan şəhərində məskunlaşmış xocalılara maddi yardımlar edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]