Şirvanda məişət tullantılarının atıldığı ərazidən avtomat tapılıb
Şirvan, 17 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Şəhər Polis Şöbəsinə məişət tullantılarının atıldığı ərazidən müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində qeyd olunan ərazidən 1 ədəd avtomat, 1 ədəd daraq və 17 ədəd patron aşkarlanaraq götürülüb.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 6 nəfər şəhər sakini qanunsuz olaraq saxladıqları odlu silahları polis əməkdaşlarına təhvil veriblər.
Faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:56]
Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur
- 05.10.2026 [12:38]
Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir
- 05.10.2026 [11:57]
“Ortakənd” qızıl yatağında 2029-cu ildə istehsala başlanması planlaşdırılır
- 05.10.2026 [11:50]
Nazir: Ağdamın kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar formalaşır
- 05.10.2026 [11:40]