REGİONLAR
Şirvanda şəhid ailələri ilə görüş keçirilib
![](/files/galleryphoto/2023/2/1200x630/16904786936031336118_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1690478693339241499_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/169047869336370_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1690478693920635952_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16904786934696512126_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16904786935979660817_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1690478693182847798_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16904786932040537790_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1690478693629367866_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1690478693373111657_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1690478693103271785_1200x630.jpg)
Şirvan, 27 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan şəhərində şəhid ailələri ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin, YAP Şirvan şəhər təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin, Şirvan Bələdiyyəsinin rəhbərliyi, şəhər icra hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, din xadimləri iştirak ediblər.
Əvvəlcə Şəhidlər xiyabanı ziyarət edilib, Birinci Qarabağ müharibəsində Şirvan şəhərindən itkin düşən şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulub. Sonra Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları, eləcə də doğum günü olan şəhid Quliyev Kamil Mikayıl oğlunun məzarı ziyarət olunub.
Şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksini ziyarət etdikdən sonra Şirvan Şəhər İcra Hakimiyyətində şəhid ailələri ilə görüş olub.
Çıxış edənlər şəhid valideynlərinə onlara belə vətənpərvər, şücaətli, mərd oğullar böyütdükləri üçün təşəkkürlərini bildiriblər. Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olanların əziz xatirəsinin hər zaman yaddaşlarda yaşayacağı, adlarının tarixə əbədi həkk olunduğu bildirilib. Şəhid ailələrinin dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqətində olduğu, onların sosial problemlərinin həlli məqsədilə müvafiq dövlət siyasətinin həyata keçirildiyi qeyd edilib. Bu diqqət və qayğının hər yerdə olduğu kimi Şirvan şəhərində də davam etdirildiyi vurğulanıb. Onların əziz xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim uca tutulacağı vurğulanıb.
Şəhid ailələrinin müraciət və təklifləri dinlənilib və aidiyyəti üzrə həlli üçün müvafiq tapşırıqlar verilib.
Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.