Siyavuş Novruzov: Nensi Pelosi bölgədə gərginliyin artmasına səbəb ola biləcək çıxışlar edir
Bakı, 20 sentyabr, AZƏRTAC
ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edib, orada səsləndirdiyi fikirlərlə xalqda yenidən aqressivlik yaradır. O, separatizmə dəstək verir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov komitənin payız sessiyasındakı ilk iclasında söyləyib.
“N.Pelosi ABŞ-ın prinsipial mövqeyindən kənar, bölgədə gərginliyin artmasına səbəb ola biləcək çıxışlar edir”, - deyə komitə sədri bildirib.