Siyəzəndə atletika yarışlarının qalibləri mükafatlandırılıb
Siyəzən, 11 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Siyəzən rayonunda “Könüllülər Kuboku”nun atletika yarışları üzrə qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gənclər arasında atletika yarışı Gənclər və İdman Nazirliyi və "Azərbaycan İdman Könüllüləri" İctimai Birliyi tərəfindən təsdiq olunmuş "Könüllülər Kuboku"nun əsasnaməsinə uyğun olaraq keçirilib.
Turnir gənclər arasında sağlam həyat tərzi və idman yarışları vasitəsilə sosial fəaliyyətin artırılması, atletika idman növünün inkişafı və gənclər arasında təbliğ olunması məqsədi daşıyıb.
Estafet qaçışı üzrə yarışda “Pəhləvanlar” komandası birinci, “Qladiator” komandası ikinci, “Qaya” komandası üçüncü olub. Atletlər arasında 400 metr məsafəyə yarışın nəticəsinə əsasən Sənan Əliyev I, Tərlan Ağayev II, Kamran Qasımov III yeri tutub.
Qaliblər "Könüllülər Kuboku" layihəsinin diplomları ilə təltif olunublar.