“Skal Baku” təşkilatının 16-ci toplantısı keçiriləcəkdir
Bakı, 5 may (AZƏRTAC). Mayın 6-da “Emerald Hotel”də “Skal Bakı” təşkilatının (Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyası - Skal İnternational”ın Bakı klubu) 16-ci toplantısı keçiriləcəkdir.
Azərbaycan Turizm İnstitutunun (ATİ) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, toplantıda “Skal Bakı” klubunun prezidenti, ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov qurumun fəaliyyət planları barədə məlumat verəcəkdir.
Toplantıda bölgələrin birində yeni “Skal” klubunun yaradılması, turizmdə gənclərin təcrübə məsələləri, keyfiyyətin artırılması hədəfləri, qurumun üzvlərinin faydaları və istifadə qaydaları barədə söhbət açılacaqdır.
Tədbir çərçivəsində “Emerald Hotel”in və “Young Skal”ın təqdimatları nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]