SOCAR təbii qaz emalını artırıb
Bakı, 3 dekabr, AZƏRTAC
SOCAR ötən il 3 milyard 215 milyon kubmetr təbii qaz emal edib.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin 2019-cu ilə dair “Davamlı inkişaf üzrə illik hesabat”ında deyilir.
Bildirilir ki, hesabat ilində SOCAR-ın Qaz Emalı Zavodunda emala verilmiş 3 milyard 214,9 milyon kubmetr xam təbii qazdan 3 milyard 161,02 milyon kubmetr təmizlənmiş qaz, 5,49 milyon kubmetr texniki butan və 0,03 milyon kubmetr qaz benzini alınıb.
2019-cu ildə 92 min 313 yeni əhali abunəçi, o cümlədən Bakı şəhərində 37 min 46, regionlarda isə 55 min 267 abunəçi qeydiyyata alınıb. 2019-cu ildə regionlarda dövlət sifarişi ilə ümumən 150 yaşayış məntəqəsi qazlaşdırılıb. Bu yaşayış məntəqələri respublikanın 43 inzibati rayonu üzrə müxtəlif bölgələri əhatə edib. Sərhədyanı və cəbhə bölgələrində məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrin qazlaşdırılmasına xüsusi diqqət yetirilib.
Xatırladaq ki, 2017-ci ildə şirkət 2,91 milyard kubmetr, 2018-ci ildə isə 2,95 milyard kubmetr qaz emal edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]