“ŞÖHRƏT“ ORDENLİ VETERANIN YUBİLEYİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Bakı Şəhər Müharibə və Əmək Veteranları Şurasının sədri, polkovnik Abumüslüm Baxşiyev yubilyarın həyat yolundan danışaraq demişdir ki, Qadir Babayev uşaq yaşlarından yetim qalmış və böyük bir ailənin yükünü çəkməli olmuşdur. 17 yaşında Böyük Vətən müharibəsinə könüllü yollanan Qadir 1943-cü ildə Novorossiysk uğrunda gedən döyüşlərdə bir qolunu itirmişdir. O, “Şöhrət” ordeni və bir sıra medallarla təltif olunmuşdur. Vətənə əlil kimi qayıdan, Respublika Ağsaqqallar Şurası Rəyasət heyətinin üzvü Qadir Babayev uzun illər partiya və təsərrüfat işlərində müxtəlif vəzifələrdə çalışmışdır.
Mərasimdə akademiklər Budaq Budaqov, İsmayıl İbrahimov, Fuad Qasımzadə, general Mustafa Nəsirov, polkovnik Baloğlan Rüstəmov və başqaları yubiliyar haqqında səmimi sözlər söyləmişlər.
Sonda Qadir Babayev mərasim iştirakçılarına minnətdarlığını bidirmişdir.