SON BİR İLDƏ İRAQDA 25 JURNALİST HƏLAK OLMUŞDUR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, 2003-cü ilin martından bəri İraqda 25 jurnalist həlak olmuşdur. Bu hüznlü siyahıya Qətərin “Əl-Cəzirə” telekanalının əməkdaşı, 40 yaşlı Rəşid Hamid Vali də əlavə olunmuşdur. O, Kərbəlada “Mehdi ordusu” ilə ABŞ qoşunları arasında toqquşma zamanı atışmanı çəkərkən həlak olmuşdur.
Bu, telekanalın İraq müharibəsi dövründə itirdiyi birinci əməkdaş deyildir. Aprelin 8-də ABŞ ordusu “Əl-Cəzirə”nin Bağdaddakı ofisini atəşə tutmuşdu. O zaman telekanalın aparıcı müxbiri Tarik Əyyub birbaşa efirə çıxmağa bir neçə dəqiqə qalmış həlak olmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [16:33]
Rumıniya Aİ-də benzinin ən çox bahalaşdığı ölkələr sırasındadır
- 22.09.2026 [16:32]
Rubio: Tramp İran Prezidenti ilə görüşə açıqdır
- 22.09.2026 [16:18]
Rumıniya neft tələbatının 77 faizini idxal hesabına ödəyir
- 22.09.2026 [16:05]
Rubio: Hörmüzdən neft daşımaları 60-70 faiz bərpa olunub
- 22.09.2026 [15:45]
Yunanıstan süni intellekt sahəsində ABŞ nəhəngləri ilə danışıqlar aparıb
- 22.09.2026 [15:44]
Aİ ölkələrində yanacağın qiyməti son bir ildə 23,8 faiz artıb
- 22.09.2026 [15:34]