Azərbaycan Dövlət İnformasiya Agentliyi

Son deportasiya azərbaycanlılara qarşı soyqırımı idi – tarixçi-alim faktları təqdim edir

Son deportasiya azərbaycanlılara qarşı soyqırımı idi – tarixçi-alim faktları təqdim edir

Bakı, 29 oktyabr, AZƏRTAC

1988-1991-ci illərin deportasiyası təkcə etnik təmizləmə deyil, əslində, Ermənistanın işğal və azərbaycanlılara qarşı soyqırımı taktikası idi. Qərbi Azərbaycanda həyata keçirilən bu siyasət sonradan Qarabağda da eynən davam etdirildi.

Bu barədə AZƏRTAC-a açıqlamasında BDU-nun Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Kəmalə Nəcəfova söyləyib.

Tarixçi-alim bildirib ki, 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistanda rayon rəhbərləri, onların nümayəndələri azərbaycanlılar yaşayan kəndlərdə yerli əhaliyə guya onları qırğından qorunmaq məqsədilə Azərbaycana köçməyi məsləhət görür, avtobuslar təşkil edirdilər. Bəzi hallarda isə erməni sürücülərin idarə etdikləri maşın karvanları yolda erməni “saqqallılar”a rast gəlirdi, beləliklə də vahid mərkəzdən idarə olunan məkrli plan üzrə əhalini quldur dəstələrinin əli ilə qırırdılar. Qaçıb xilas olanlar qarlı-boranlı dağ cığırları ilə Azərbaycana üz tuturdular.

Dosent Kəmalə Nəcəfova Qərbi azərbaycanlıların sonuncu deportasiyası ilə bağlı Rusiya tarixçisi Yuri Pompeyevin kitablarına istinad edərək ondan bu fikirləri sitat gətirib: “Müdafiəsiz, silahsız azərbaycanlıları adətən çılpaq və əliyalın evlərindən qovaraq deyirdilər: “Lənətə gəlmiş türklər, rədd olun Ermənistandan!”.

BDU-nun dekan müavini mənbələrə istinadla 1988-ci il noyabrın 25-dən başlayaraq soydaşlarımızın deportasiyaya məruz qalmasını konkret faktlar əsasında diqqətə çatdırıb: “Ermənilər noyabrın 25-dən 26-na keçən gecə Kirovakan (indiki Vanadzor) şəhərinə bitişik Şaumyan (əvvəlki adı Vartanlı olub) kəndinə silahlı hücum edərək 14 azərbaycanlını vəhşicəsinə öldürüb yandırdılar. Kəndin sağ qalan əhalisi qarlı-çovğunlu havada gündüzlər gizlənib, gecələr yol gedərək 13-14 günə Azərbaycana çatdılar. Noyabrın 28-də erməni dəstələri Basarkeçər rayonunun Çaxırlı, Qanlı, Kərkibaş, Şişqaya, Zod kəndlərinə basqın etdilər. Əliyalın əhalidən 34 nəfər döyülərək, işgəncə verilərək qətlə yetirildi. Sağ qalanlar Gədəbəyə, Kəlbəcərə keçmək üçün Sarınər, Urumbasar gədiklərindən aşmalı oldular. On iki nəfər donvurmadan tələf oldu (yenə də Xocalı, Kəlbəcər, Qarabağın digər bölgələri yada düşür). Noyabrın 28-də Spitak (Hamamlı) rayonunda 3 nəfər azərbaycanlı öldürüldü, 7 nəfər ağır yaralandı.

Noyabrın 29-da daşnak terror qruplarının təzyiq və təcavüzlərinə davam gətirməyən Basarkeçərin Aşağı və Yuxarı Şorca, Qayabaşı, Qoşabulaq, Subatan, Zağalı, Sarı Yaqub, Qaraqoyunlu, Nəriman, Ağkilsə, Zərkənd, İnəkdağı kəndlərinin əhalisi 44 nəfər itki verərək qarlı dağlar aşıb Kəlbəcər rayonu ərazisinə qaçdılar. Bir çox yaşlı adamlar, uşaq və qadınlar isə qarlı-çovğunlu havada donvurmadan həyatlarını itirdilər”.

Kəmalə Nəcəfovanın fikrincə, o zaman Göyçə qızıl mədənlərində çalışan L.V.Tolstyakın şahid ifadəsindən bir məqama diqqət yetirmək kifayətdir: “1988-ci il noyabrın 27-də Ermənistan SSR Nazirlər Soveti sədrinin birinci müavini, sonradan Ermənistan KP MK-nın birinci katibi olmuş V.Movsesyan Vardeniz (Basarkeçər) rayonunun Zod kəndinə gələrək, yerli əhalinin kəndi tərk etməsi üçün 3 gün vaxt verdiyini, əks halda təhlükəsizliyə təminat verilməyəcəyini bildirdi. Elə həmin gün kəndə elektrik enerjisi və ərzaq verilməsi dayandırıldı, gecələr kənd atəşə tutuldu”.

Tarixçi-alim qeyd edib ki, 1988-ci ilin sonlarında bir tərəfdən Ermənistanın azərbaycanlılar yaşayan kəndlərinin əhalisi sıxışdırılır, kəndlərə ərzaq göndərilmir, elektrik xətləri kəsilir və silahlı basqınlar edilir, digər tərəfdən kəndləri tərk edən ailələrə yollarda divan tutulur, əmlakları qarət edilir, özləri isə qətlə yetirilirdi. Ermənistandan Azərbaycana gedən yollar üzərində bir neçə yerdə silahlı quldur dəstələri yerləşdirilmişdi. Onlar bütün maşınları saxlayır, sərnişinlərin sənədlərini yoxlayır, azərbaycanlıları maşından düşürür, əmlaklarını qarət edir, özlərini isə vəhşicəsinə qətlə yetirirdilər. Spitak zəlzələsinə (1988-ci il 7 dekabr) qədər Ermənistanda azərbaycanlıların yaşadıqları bütün rayonlarda erməni silahlı dəstələri kütləvi qırğınlar, qətl və qarətlər törətdilər. Erməni quldurları Stepanavan (Cəlaloğlu) rayonunun Kuybışev kəndində 3 azərbaycanlını soyuq silahla qətlə yetirdilər. Gərgər kəndində isə bir qadını diri-diri yandırdılar. Ermənistan rəhbərliyi zəlzələdən sonra da öz çirkin əməllərini davam etdirdi.

Müsahibimiz diqqətə çatdırıb ki, Ermənistanın aqressiyası xüsusən 1988-ci ilin iyun ayından - Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı SSRİ Ali Sovetinə edilən müraciət təmin olunmayandan sonra daha da artmışdı. İyunun 17-20-də Zəngibasar istiqamətində avtobuslara (Masis rayonunun mərkəzinə və Zəngilər, Zəhmət, Dəmirçilər, Dostluq, Nizami, Sarvanlar kəndlərinə) edilən basqınlar və on minlərlə azərbaycanlının didərgin salınması bunu bir daha təsdiqləyir.

“Müvafiq sənədlər və şahidlərin verdikləri ifadələr əsasında 1990-cı ildə Azərbaycan Qaçqınlar Cəmiyyətində tərtib edilmiş siyahıya görə, 1988-1990-cı illərdə Ermənistanda 216 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilib və ya millətlərarası münaqişə zəminində baş vermiş hadisələr nəticəsində həlak olub. Həmin siyahıya əsasən, 52 nəfər aldığı xəsarət nəticəsində ölüb, 34 nəfər işgəncə ilə öldürülüb, 20 nəfər odlu silahla qətlə yetirilib, 15 nəfər yandırılıb, 8 nəfər maşınla vurulub, 9 nəfər yollarda qəzaya uğradılıb, 7 nəfər həkim qəsdi nəticəsində, 9 nəfər dəhşətli hisslərdən keçirdiyi infarkt nəticəsində ölüb, 2 nəfər intihar edib, bir nəfər asılıb, 2 nəfər maşın partladılması nəticəsində ölüb, bir nəfəri elektrik cərəyanı ilə, bir nəfəri suda boğaraq öldürüblər, 6 nəfər itkin düşüb, 20 nəfər xəstəxanadan yoxa çıxıb, 48 nəfər isə dağlarda borana düşüb həlak olub.

Hadisələrin qaynar dövrü ilin son aylarında baş verdiyindən soydaşlarımız şəxsi əşyalarını belə götürə bilməmişdilər”, - deyə tarixçi-alim fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər