Azərbaycan Dövlət İnformasiya Agentliyi

Son illər diasporumuzun işindəki dönüş Qələbəmiz üçün böyük dəstək oldu

Son illər diasporumuzun işindəki dönüş Qələbəmiz üçün böyük dəstək oldu

Bakı, 8 dekabr, AZƏRTAC

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Vətən müharibəsində parlaq qələbəsi dünyada yaşayan bütün azərbaycanlıları ürəkdən sevindirir. Bütün dünya - beynəlxalq təşkilatlar, ölkələr Azərbaycanın güclü dövlət olduğunun bir daha şahidi oldu. 44 gün davam edən hərbi əməliyyatlar Azərbaycan xalqının qızıl hərflərlə yazdığı Vətən müharibəsi kimi bütün ali və orta məktəblərdə həvəslə öyrəniləcək, tədris olunacaq. Böyük Zəfər ölkəmizin, dövlətimizin və xalqımızın tarixində yeni bir səhifə açdığı kimi, diasporumuzun da fəaliyyəti üçün yeni bir başlanğıcdır. Xaricdə yaşayan ziyalılarımız, diaspor rəhbərləri və fəalları diasporumuzun bundan sonrakı fəaliyyəti ilə bağlı fikirlərini bölüşür.

AZƏRTAC diaspor rəhbərləri və fəallarının fikirlərini təqdim edir.

“Diasporumuzun həyatında yeni dövr başlayır”

Tarix elmləri doktoru, “Kyiv-Mohila Akademiyası” Milli Universitetinin professoru, “Ukraynalı və Azərbaycanlı Ziyalılar Assambleyası” İctimai təşkilatının sədri Fərhad Turanlı: “2020-ci il 10 noyabr tarixi bütün azərbaycanlıların, o cümlədən diasporumuzun həyatında yeni bir dövrün başlanğıcı olduğunu, COVID-19 ilə əlaqədar yeni dünya düzəninin qurulmasını xüsusilə qeyd etmək vacibdir. Əlbəttə, son illərdə diasporumuzda xeyli işlər görülür, amma indiki zamanda daha da ayıq-sayıq olmamız və mübarizəmizi gücləndirməmiz gərəkdir. İlk növbədə, yaşadığımız ölkələrdə qeyd edilən amilləri nəzərə alaraq Azərbaycanın milli maraqlarını XXI əsrin tələblərinə uyğun müdafiə etmək üçün bütün dünyada diaspor təşkilatlarımızın daha da güclənməsinə ehtiyac var. Bu, necə mümkün olar? Qeyd olunan amilləri nəzərə alaraq diaspor təşkilatlarımızın güclənməsi məqsədilə çevik olaraq Dünya Azərbaycanlılarının növbəti qurultayını təşkil edib yeni fəaliyyət proqramlarının hazırlanmasını təmin etmək lazımdır.

Bəhs olunan strateji əhəmiyyətli məsələnin həllində ən vacib amil uzun müddət xaricdə yaşayan vətənpərvər azərbaycanlı ziyalıların, alimlərin diasporun quruculuğu, güclənməsi, fəaliyyətinin yüksək səviyyədə təmin olunmasında iştirakı, bilavasitə cavabdehliyi demokratik üsullarla təşkil olunmalıdır. Bu, o deməkdir ki, həmin insanlar vətəndaşı olduğu dövlətlərin dilini, elmini, mədəniyyətini, siyasətini, cəmiyyətini mükəmməl bilir, eyni zamanda, yüksək hörmətə və nüfuza malikdirlər. Yeni bir dövrün başlanğıcında diasporumuzun güclənərək yüksək səviyyədə fəaliyyət göstərməsini arzulayır, bir daha Qələbəmiz münasibətilə hamınızı ürəkdən təbrik edirəm!”

Diasporumuz bir yumruq kimi birləşərək informasiya savaşında mübarizə apardı

Kanadanın Toronto şəhərində müəllim kimi fəaliyyət göstərən Yeganə Cəfərova: “Əvvəlcə onu bildirmək istəyirəm ki, Azərbaycan diasporunun, məhz son bir neçə il müddətində etdiyi böyük çevriliş, yəni tamamilə yeni strukturda fəaliyyəti bu gün Vətən müharibəsində qələbəmizin qazanılmasında dövlətimizə arxa cəbhədə böyük dəstək oldu. Xaricdə yaşayan soydaşlarımız bir yumruq kimi birləşərək siyasi və informasiya sahəsində, sosial şəbəkələrdə mübarizə apardı. Bu mübarizəmiz daim davam etməlidir, çünki bizim erməni kimi qəddar, yaltaq və hiyləgər düşmənimiz var. Mən Azərbaycan diasporunun elə bu istiqamətlərdə fəaliyyətini daha da mütəşəkkil qurmasını istərdim. Həmçinin xaricdə lobbiçilik siyasətinin gücləndirilməsi də diasporun ən ümdə fəaliyyətlərindən biri olmalıdır. Azərbaycan diasporu çox cavandır və daha böyük layihələrə imza atılmalıdır ki, xaricdə Vətənimizi layıqıncə təmsil etsin. Qarabağ və işğaldan azad olunmuş ətraf ərazilərdə baş verən hadisələrin həqiqətlərini dünya ictimaiyyətinə tam təfərrüatı ilə çatdırmaq və ermənilərın dünyada, xarici ölkələrin dövlət qurumlarında yaydıqları yalanları təkzib edərək doğruları anlatmaq üçün davamlı olaraq görüşlər keçirməli, fəaliyyətimizi daha planlı şəkildə qurmalıyıq. Eyni zamanda, vaxtaşırı dünya diaspor nümayəndələrinin ümumi görüşü və hətta qurultayının da keçirilməsi gələcək plana daxil edilməlidir. Hərtərəfli və mükəmməl quruculuq işləri həm ölkə daxilində, həm də xarici ölkələrdə yaşayan soydaşlarımızla sıx əməkdaşlıq nəticəsində yüksək nəticələr verəcək. Arxa cəbhədə siyasətimiz və lobbiçiliyimiz nə qədər möhkəm, dayanıqlı olarsa yaşadığımız ölkələrdə Vətənimizi daha layıqıncə təmsil edə bilərik”.

Həmvətənlərimizin nümayiş etdirdiyi birlik və həmrəyliyi qoruyub saxlamalıyıq

Almaniyada yaşayan diaspor rəhbəri Yaşar Niftəliyev: “Vətən müharibəsində Azərbaycan xalqının - siyasi baxışından, dünyagörüşündən, harada yaşamasından asılı olmayaraq, möhtəşəm həmrəylik nümayiş etdirərək müzəffər Ordumuza və Ali Baş Komandana dəstəyinin şahidi olduq. Bu, istər ölkənin daxilində, istərsə də xaricdə yaşayan hər bir soydaşımızın Azərbaycan dövlətinə, onun bütövlüyünə və rəmzlərinə sadiqliyinin göstəricisi idi. Xaricdəki azərbaycanlıların, diasporumuzun üzərinə bundan sonra daha böyük məsuliyyət düşür. İlk növbədə 44 gün ərzində həmvətənlərimizin nümayiş etdirdiyi birlik və həmrəyliyi qoruyub saxlamalı, daha böyük nəticələr üçün sürətli iş prinsipinə keçməliyik. Türkiyə, Pakistan, Ukrayna, İsrail və digər ölkələrlə zəngin tarixi ənənələrə, möhkəm dostluğa, qardaşlığa, qarşılıqlı hörmətə əsaslanan münasibətləri digər xalqların diasporları ilə də qurub inkişaf etdirməliyik. Fəaliyyətimizi davamlı qurmalı, yerli media ilə əlaqələrimizi gücləndirməli, bunun üçün mütəxəssislərimizin yetişdirilməsinə nail olmalıyıq. Məsələn, Almaniyada ARD ZDF, Phoenix kimi media qurumlarının istinad etdiyi soydaşımız Zaur Qasımov yerli KİV-lə çalışan çox az sayda azərbaycanlılardandır. Azərbaycan diasporu yerli media orqanlarına və dövlət qurumlarına təsiretmə gücünün alternativ yollarını araşdıraraq müəyyən etməlidir. Bunun üçün kifayət qədər savadlı kadrlar var və yetişməkdədir. Bundan başqa, Azərbaycan diasporunun elmi məcmuəsini yaratmaq və ona istinad edilməsini təmin etməliyik. Eyni zamanda, daha güclü fəaliyyətimiz üçün diasporumuzun maliyyə asılılığı aradan qaldırılmalı, diasporun dövlətə dəstəyi modelinə keçilməlidir. İnanıram ki, bu dövr diasporumuz üçün yeni və parlaq bir mərhələ olacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub