Son sutkada İranda koronavirusdan 239 nəfər ölüb
Tehran, 8 oktyabr, AZƏRTAC
Son sutka ərzində İranda 4 min 19 nəfər koronavirusa yoluxub, 239 nəfər isə vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında deyib. Bununla da İranda yoluxanların ümumi sayı 483 min 844 nəfər, ölənlərin sayı isə 27 min 658-ə çatıb.
Müalicəsi davam edən 4 min 274 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 397 min 109 nəfər sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Tehran daxil olmaqla, İranın 14 vilayəti hələ də qırmızı zonaya daxildirlər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]