Son yeddi ayda Ukrayna sularında 808 nəfər boğularaq həyatını itirib
Kiyev, 20 iyul, AZƏRTAC
İlin əvvəlindən bu günədək Ukrayna sularında 808 nəfər boğularaq həyatını itirib. Təkcə son ayda 265 nəfər Ukrayna sularında boğulub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 100 nəfər çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, son ayda ölkə sularında boğulanların 36-sı uşaqlardır. Dövlət Xidməti bəyan edir ki, boğulma hallarının artması əhalinin çimərliklərin qadağan olunan hissələrində çimməsi, təhlükəsizlik qaydalarına əməl etməməsi, çaylarda sərxoş vəziyyətdə suya girmək, havanın küləkli olmasına məhəl qoymamaq və digər səbəblərlə əlaqələndirilir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:56]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]