Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun xatirəsi yad edilib

Bakı, 4 oktyabr, AZƏRTAC

Artıq bir neçə gündür Silahlı Qüvvələrdə “Qəhrəmanların izi ilə” hərbi vətənpərvərlik aksiyası çərçivəsində silsilə tədbirlər həyata keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti tədbir Beyləqan rayonunun Şahsevən kəndində təşkil olunub. Sovet İttifaqı Qəhrəmanı Gəray Lətif oğlu Əsədovun xatirə muzeyi qarşısına toplaşan Müdafiə Nazirliyinin rəsmiləri, cəbhə bölgəsindəki “N” hərbi hissəsinin hərbi qulluqçuları, şəhid ailələrinin üzvləri, aprel döyüşlərində şücaət göstərən igid oğullar, ictimaiyyət nümayəndələri, məktəblilər əvvəlcə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsini hörmət və ehtiramla yad ediblər.

Mozdok şəhərinin yaxınlığındakı dağların ətəklərindən uzaq Rumıniyayadək şanlı döyüş yolu keçmiş Azərbaycanın qəhrəman oğlu Gəray Əsədovun büstü qarşısına əlvan qızılgüllər düzülüb.

“Qəhrəmanların izi ilə” hərbi vətənpərvərlik aksiyasının layihə müəllifi polkovnik Abdulla Qurbani 21 yaşlı igid həmyerlimizin qəhrəmanlıqlarından danışıb. Qeyd olunub ki, 93 il əvvəl Beyləqan rayonunun Şahsevən kəndində dünyaya göz açan Gəray Əsədov yeddiillik kənd məktəbini bitirdikdən sonra bir müddət kolxozun pambıq tarlalarında çalışıb. 1941-ci ilin payızında könüllü olaraq əsgərliyə yollanıb. Əvvəlcə Naxçıvanda yeni formalaşan diviziyanın tərkibində qısamüddətli kiçik komandirlər kursunu keçib. 1942-ci ilin yayınadək İranda sovet qoşun hissələrinin tərkibində xidmət edib və Qafqaz təhlükədə olduğu vaxt döyüşlərə yollanıb. Avtomatçılar bölməsinin komandiri kimi, ilk döyüşlərdən qorxmazlığı və cəsurluğu ilə fərqlənib. Onlarla düşməni məhv edib, əsir götürüb. Əlbəyaxa döyüşlər zamanı göstərdiyi şücaət onun şan-şöhrətini daha da artırıb. Ağır yaralanmasına və dörd ay hərbi hospitalda müalicə olunmasına baxmayaraq, evə - istirahətə deyil, yenidən döyüşlərə atılıb. Bu dəfə səs-sorağı ikinci Ukrayna cəbhəsindən gəlib. 93-cü Qırmızı bayraqlı Suvorov ordenli Xarkov diviziyasının qvardiya serjantı Gəray Əsədov Poltava və Xarkov şəhərlərinin azad edilməsində xüsusi qəhrəmanlıqlar göstərib.

Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, Moldovanı faşistlərdən azad etdikdən sonra Gəray Əsədov Rumıniya torpaqlarının faşistlərdən təmizlənməsi əməliyyatlarında da fəal iştirak edib. Xüsusilə Xuedin şəhəri uğrunda döyüşlərdə düşmən minomyotunun heyətini məhv edərək şəxsən özü minomyotun arxasına keçib və onun üzünü əks istiqamətə çevirərək düşmənin xeyli canlı qüvvəsini məhv edib. Həmin döyüşlərdə göstərdiyi igidliyə görə Gəray Əsədov “Qırmızı Bayraq” ordeninə layiq görülüb. 1944-cü il oktyabrın 19-da isə Gəray Əsədov uzaq Rumıniyada qumbara ilə düşmənin bir neçə atəş nöqtəsini susdurub. Qumbarası, gülləsi tükənəndə isə öz köksünü düşmən pulemyotunun qarşısına verərək əməliyyatın uğurla başa çatmasına zəmin yaradıb. Aleksandr Matrosovun qəhrəmanlığını təkrar edən həmyerlimizin adı əbədi olaraq Böyük Vətən müharibəsi tarixinə qızıl hərflərlə yazılıb. Ona ölümündən sonra “Sovet İttifaqı Qəhrəmanı” fəxri adı verilib.

Bildirilib ki, məzarı Vətənimizdən uzaqlarda olsa da xalqımız igid oğlunun adını həmişə əziz tutur. İndi onun adı əbədiləşdirilib, xatirə muzeyi yaradılıb, haqqında kitablar yazılıb, qəhrəmanlığı isə müstəqil dövlətimizin Silahlı Qüvvələrinin hər bir əsgər və zabiti üçün örnəkdir.

Polkovnik Elçin Kərimov Şahsevən kəndindəki bu ünvanın Vətən müdafiəçiləri üçün əsl ziyarətgah olduğunu bildirib. O qeyd edib ki, aprel döyüşlərində qələbənin qazanılmasında əcdadların qəhrəmanlıq ənənələrinin təbliği də müsbət təsirini göstərib. Ata-babalarımızın qəhrəmanlıq tarixini, döyüş təcrübəsini öyrənmədən yeni qəhrəmanlar nəsli yetişdirmək əsla mümkün deyil. Məhz aprel döyüşlərindəki qəhrəmanlıqlar Cavanşir, Babək, Cavad Xan, Əliağa Şıxlinski, Həzi Aslanov, eləcə də Gəray Əsədov kimi oğulların qəhrəmanlıqlarının davamıdır.

Aprel döyüşlərində şəhid olan beyləqanlı döyüşçülərdən Ayaz Hüseynovun atası Ələkbər Hüseynov və Məhəbbət Mirzəyevin atası Ədalət Mirzəyev övladlarının şəhidliyindən böyük fəxarət hissi keçirdiklərini bildiriblər. Onlar Azərbaycan əsgərinə Qarabağı azad edib tezliklə xalqımıza qələbə müjdəsi gətirmələrini arzulayıblar.

Müdafiə Nazirliyinin zabiti, polkovnik Nazim Əhmədov belə tədbirlərin Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunun, vətənpərvərlik hissinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb etdiyini və bu işə Müdafiə Nazirliyi rəhbərliyinin xüsusi önəm verdiyini vurğulayıb.

Beyləqan rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nazim Mirzəyev bu qəbildən tədbirlərin hərbçilərlə yanaşı, rayon əhalisinin də həyatında əlamətdar hadisə olduğunu qeyd edib.

Aprel döyüşlərində göstərdikləri şəxsi rəşadətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuş beyləqanlı döyüşçülərdən İlyas Nəsirov, Asim Əliyev, Emin Quliyev, Tural Yunisli, Şəmil Mərdanov və başqaları Gəray Əsədovun xatirəsini yaşadan müqəddəs ocaqda, mərasim iştirakçıları qarşısında and içiblər ki, işğal altındakı bütün torpaqlarımızı azad etməyincə silahı yerə qoymayacaqlar.

Şair Bəhram Fərmanzadə və müəllim Fəxrəddin Fərmanov dayılarının adını həmişə əziz tutduqlarına görə Azərbaycan Prezidentinə, bu tədbirin təşkilatçısı olan Müdafiə Nazirliyinin rəhbərliyinə və qədirbilən xalqımıza Əsədovlar ailəsi adından dərin minnətdarlıqlarını bildiriblər.

Gəray Əsədovun 88 yaşlı bacısı Güllər nənənin xəstə yatağından qalxaraq birbaşa tədbirə gəlməsi, əsgərləri oğul, qardaş kimi bağrına basması və “Hər bir Vətən əsgəri mənim gözümdə elə qardaşım Gəraydır” sözləri alqışlarla qarşılanıb. Güllər nənə qardaşını xatırlayıb, ona məktublar yazdığı günləri yada salıb və belə bir qəhrəmanın bacısı olmaqdan böyük qürur duyduğunu dilə gətirib.

Xatirə mitinqi başa çatdıqdan sonra tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olublar. Gəray Əsədovun cəbhədən göndərdiyi əsgər məktubları, şəxsi əşya və sənədlər, Azərbaycan rəssamlarının əl işləri, eləcə də qəhrəmanın sevgilisi üçün aldığı nişan yaylığı tamaşaçılarda böyük maraq oyadıb.

Müdafiə Nazirliyinin adından xatirə muzeyinə hədiyyələr təqdim olunub.

Tədbir iştirakçıları köksünü düşmənin pulemyot atəşinə sipər edən 21 yaşlı qəhrəmanın xatirə muzeyindən xoş təəssüratlarla ayrılıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub

Transxəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb