Şovi kurort zonasında təbii fəlakət qurbanlarının sayı 31 nəfərə çatıb
Tbilisi, 25 avqust, AZƏRTAC
Gürcüstanın Raca-Leçxumi bölgəsinin Şovi kurortu ərazisində torpaq sürüşməsi nəticəsində itkin düşmüş daha 2 nəfərin cəsədi tapılıb. Bununla da təbii fəlakət qurbanlarının sayı 31-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəhbəri Temur Mqebrişvili məlumat verib.
Bildirilib ki, tapılan şəxslərdən biri yeniyetmə, digəri isə orta yaşlı kişidir. Hazırda itkin düşmüş hesab olunan daha iki nəfərin axtarışları intensiv şəkildə davam etdirilir.
Xatırladaq ki, avqustun 3-də Oni bələdiyyəsinin Şovi kurort zonasında torpaq sürüşməsi olub. Nəticədə 31 nəfər ölüb, 28 nəfər yaralanıb, daha 2 nəfər isə itkin düşmüş sayılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [16:51]