SOYDAŞIMIZ “VOLQOQRADTRANSQAZ” MMC-NİN YENİ BAŞ DİREKTORU TƏYİN EDİLMİŞDİR
Soydaşımız Həsən Nəbiyev 1954-cü ildə anadan olmuşdur. O,1976-cı ildə Azərbaycan Politexnik İnstitutunu - indiki Texniki Universiteti bitirmiş, əmək fəaliyyətinə SSRİ Qaz Sənayesi Nazirliyinin “Volqoqradneftmaş” Elm İstehsalat Birliyində mühəndis-konstruktor vəzifəsində başlamışdır. 1986-1998-ci illərdə “Qazprom” RSC-nin Kotelnikovo armatur zavodunun direktoru vəzifəsində çalışmış, 1998-2004-cü illərdə isə Volqoqradneftmaş” SC-nin baş direktoru olmuşdur.